Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

«Repressiya strategiyası işləməyəcək»


ABŞ prezidenti Barack Obama
ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama bu gün Yaxın Şərq və Şimali Afrikada baş verən demokratik hərəkatlar ABŞ-da bu regionda demokratiya və islahatları təbliğ etmək üçün tarixi imkan yaradıb. Dövlət Departamentində çıxışı zamanı Obama qeyd edib ki, regionda son aylar baş vermiş "fövqəladə dəyişikliklər" repressiya erasının artıq başa çatdığını göstərir:

- Son altı ayın hadisələri bizə sübut edir ki, repressiya siyasəti daha işləməyəcək. Demokratiya tərəfdarlarının son altı ayda əldə etdikləri nailiyyətləri terrorçular on illərlə əldə edə bilməyivlər.

ABŞ region ölkələrində xalqlara qarşı zorakılıq və repressiyanın əleyhinədir. ABŞ insanların universal hüquqlarını müdafiə edir. Bu hüquqlara azad ifadə, dinc toplaşma, din azadlığı, qanunların aliliyi şəraitində qadınlarla kişilərin bərabərliyi, öz liderini seçmək azadlığı daxildir.

Obama Suriya lideri Bashar al-Assadın qatil olmaq yolu ilə getdiyini, ancaq onu ya bu yoldan çəkinməli, ya da hakimiyyətdən getməli olduğunu deyib.

ABŞ prezidenti İsrail-Fələstin danışıqlarından bəhs edərkən bildirib ki, sülh prosesi "İsrail, İordaniya və Misirlə daimi sərhədləri olan Fəlsətin və Fələstinlə daimi sərhədləri olan İsrail" dövlətinin yaranması ilə nəticələnməlidir.

Obama qeyd edib ki, gələcək Fələstin dövləti İsrailin 1967-ci ilin Yaxın Şərq müharibəsi zamanı ələ keçirdiyi ərazilərdə yaradılmalıdır. Bu çıxışdan dərhal sonra ona reaksiya verən İsrailin Baş naziri Benjamin Netanyahu isə qeyd edib ki, 1967-ci ilin sərhədləri müdafiə edilə bilməz, bu, yəhudi dövləti üçün fəlakət olardı. Netanyahu mayın 20-də Ağ Evə səfərə gedəcək.

Prezident demokratik islahatlar aparan ölkələrə yardımlar da ediləcəyini bildirib. Onun qeyd etdiyinə görə ABŞ Misirə 2 milyard dollar miqdarında borc və yardımlara təminat verib. Bu region ölkələrinə özəl cərmayənin cəlb edilməsi üçün də tezliklə daha 2 milyard dollarlıq layihənin icrasına başlayacaq.
XS
SM
MD
LG