Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

Cabbar Savalanın müdafiə komitəsi yaradılıb


Cabbar Savalan
Cabbar Savalan
Vəkillər Anar QasımovƏshabəli Mustafayev fevralın 7-də Cabbar Savalan ilə görüşüblər.

«Biz orda olanda, Cabbara rəsmi ittiham irəli sürüldü. İndi o, polis idarəsində şübhəli şəxs kimi yox, təqsirləndirilən şəxs kimi saxlanır. Onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsinə məhkəmə qərar verəcək».

Anar Qasımov deyir ki, Cabbar Savalan özünü ittiham üzrə təqsirli bilmir:

«İttiham elan olunandan sonra müstəntiq Cabbar Savalanı dindirmək istədi, amma biz müstəntiqə etiraz etdik. Çünki Cabbar şübhəli şəxs kimi saxlananda, müstəntiq onun hüquqlarını pozub, vəkili, yaxınları olmadan dindirib, yaxınları ilə əlaqə saxlamağa şərait yaratmayıb».

Anar Qasımov deyir ki, onlar müstəntiqə etiraz ərizəsini Sumqayıt şəhər Prokurorluğuna təqdim ediblər.

Sumqayıt prokurorunun müavini Kamran Mahmudov isə «Mediaforum» saytına bildirib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb, hazırda istintaq gedir:

«Hələlik Cabbar Savalan haqqında həbs qətimkan tədbiri seçilməyib».

CABBAR SAVALANIN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARADILIB

Qeyri-qanuni narkotik maddə saxlama ittihamı ilə həbs edilən AXCP fəalı Cabbar Savalanın hüquqlarının müdafiə komitəsi yaradılıb.

Müdafiə komitəsinə sədrlik edən AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna bildirib ki, komitə bir sıra tədbirlər, o cümlədən aksiyalar keçirməyi planlaşdırır.

Cabbar Savalan fevralın 5-də Sumqayıtda saxlanılıb, polis deyir ki, onun üstündən 0.7 qram narkotik maddə tapılıb. Barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu maddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yaxınları isə bu ittihamı saxta sayır və bildirirlər ki, Cabbar Savalanın saxlanması onun siyasi fəallığı ilə bağlıdır.
XS
SM
MD
LG