Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

«Facebook»un yaradıcısı pullarını xeyriyyəyə verir


Mark Zuckerberg
Mark Zuckerberg
Amerikanın daha 17 varlı adamı sərvətinin çoxunu xeyriyyəyə xərcləməyi vəd edir. Onlar arasında «Facebook»un yaradıcısı Mark Zuckerberg, yüksək gəlirli səhm alverçisi Michael Milken və AOL şirkətinin həmtəsisçisi Steve Case də var.

MƏKTƏB SİSTEMİNƏ 100 MİLYON DOLLAR

26 yaşlı Zuckerberg təkcə dünyanın ən gənc milyarderi deyil, həm də xeyriyyəçilik sahəsində ad çıxarmağa başlayıb. Bu ilin əvvəlində o vəd edib ki, növbəti beş ildə Newark, New Jersey məktəb sisteminə 100 milyon dollar xərcləyəcək. İndi isə o, xeyriyyəçiliyə qoşulmuş ölkənin media nəhəngləri sırasındadır.

Bu kampaniyaya «Microsoft»un yaradıcısı Bill Gates və sərmayəçi Warren Buffett rəhbərlik edir. Qrupa iyundan bəri 57 nəfər qoşulub. Siyahıya Nyu-Yorkun meri Michael Bloomberg, CNN-in təsisçisi Ted Turner və rejissor George Lucas daxildir.

GÖZLƏMƏK NƏYƏ LAZIM?


«İnsanlar qazandıqlarının əvəzini vermək üçün adətən karyeralarının sonunu gözləyirlər. Ancaq bu qədər iş görmək lazımdır, niyə gözləyək ki?». Bunu Zuckerberg deyir.

Zuckerbergin verdiyi vəd rəsmi müqavilə deyil. Ancaq bu vədi verənlər adətən sərvətlərinin azı yarısını ya sağ ikən, ya da ölümlərindən sonra xeyriyyəyə verirlər. Newark məktəb sisteminə vəd edilmiş 100 milyon dollar isə
«Facebook» səhmlərinin ümumi dəyəri 57 milyard dollardır
«Facebook» səhmləri şəklində veriləcək. Zuckerberg «Facebook» səhmlərinin dörddə birinə sahibdir. «Facebook» səhmləri ictimai alqı-satqıya çıxarılmasa da, özəl birjalarda satıla bilər. «Facebook»un bəzi işçiləri belə edib.

Hələlik bu səhmləri dəyərləndirmək çətindir. Ancaq onların qiymətinə dair şübhə yoxdur. Bu səhmlərin satıldığı bir bazarda bu yaxınlarda bağlanmış bir müqavilədə bir səhm 25 dollar qiymətləndirilib. Bu o deməkdir ki, «Facebook» səhmlərinin ümumi dəyəri 57 milyard dollar, Zuckerbergin səhmləri isə 14 milyard dollardır.

ÖZÜN ÜÇÜN DAHA YAXŞI DÜNYA

«Facebook»a Zuckerberglə müsahibə üçün müraciət edilsə də, cavab gəlməyib.

Zuckerberg son hərəkəti ilə bugünkü texniki sahibkarlara meydan oxuyur ki, növbəti milyonu, yaxud milyardı necə qazanmağı deyil, onu necə qaytarmaq barədə düşünsünlər.

«Gənc donorlar uzun müddətə fikirləşirlər». Bunu Nyu-York Universitetinin professoru Jason Franklin deyir. «Yaşlı vaxtda ona görə xeyriyyəyə pul ayırırsan ki, uşaqların daha yaxşı dünyada yaşasınlar. 20 yaşında bu işə qoşulanda isə özün üçün daha yaxşı dünya təmin edirsən».
XS
SM
MD
LG