Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

ABŞ-ın siyahısında 2 Azərbaycan obyekti də var


Wikileaksin açıqladığı növbəti sənəddə dünya üzrə Amerikanın vacib saydığı müəssisə və obyektlərin siyahısı var. ABŞ xarici siyasət departamentinin 2009-cu ildə tərtib etdiyi sənədin girişində deyilir ki, siyahıda adı gedən resursların itirilməsi ABŞ-da əhalinin səhhətinə, iqtisadiyyata və ölkənin təhlükəsizliyinə ciddi təhlükə yarada bilər.

Siyahıda Azərbaycandan iki obyektin - Səngəçal terminalı və BTC neft kəmərinin adları çəkilir. Kəmərin adı Gürcüstan hissəsində də çəkilir.

Sənəddə müxtəlif faydalı qazıntılar mədənlərindən tutmuş dərman istehsal edən fabriklərə qədər müəssisə və obyektlərin adı da var.

Məsələn ABŞ-ın strateji əhəmiyyətli saydığı bu obyektlərin sırasında insulin istehsal edən (Danimarka) və ilan zəhərinə qarşı dərman hazırlayan (Avstraliya) müəssisələrin adına da rast gəlmək olar.
XS
SM
MD
LG