Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:32

««Wikileaks»dən elə də yeni fikirlər eşitmədik»


««Wikileaks»də adları çəkilən dünya liderləri
««Wikileaks»də adları çəkilən dünya liderləri
«Qafqaz Qovşağı»nın Dəyirmi Masasının mövzusu «Wikileaks» saytının yaydığı sənədlərin Cənubi Qafqaz ölkələrində necə rezonans doğurması haqqında idi.

Tbilisidən evraziya.net saytının əməkdaşı Georgi Lamsadze bildirib ki, Gürcüstanda əsas müzakirə mövzusu 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında baş vermiş müharibəyə dair sənədlərdir. Müharibəni Moskvanın, yoxsa Tbilisinin başlaması cəmiyyəti daha çox maraqlandırır.

«Zerkalo» qəzetinin siyasi şərhçisi Nicat Məlikov isə deyib ki, Azərbaycanda daha çox prezident İlham Əliyevin Türkiyə, İran və Rusiya haqqında söylədiyi fikirlər maraqla qarşılanıb: «Ancaq bu sənədlərdə elə də yeni fikirlər eşitmədik».

Açıqlanan sənədlərdə yazılır ki, İranın raket və silahlar almasında Ermənistan vasitəçilik edib.

Yerevandan «Qafqaz Forumu» qeyri-hökumət təşkilatının koordinatoru Qaqik Avakyan:

«Bununla bağlı BMT kuluarlarında Hillari Klintonun prezident Serj Sarkisyana narazılığını bildirməsi daha çox müzakirə olunur. Başqa bir sənədə görə, 2008-ci ilin avqust müharibəsi vaxtı Gürcüstan hökumətini təmsil edən nümayəndə heyəti Ermənistan nümayəndə heyəti ilə görüşdən imtina edib. Amma bu haqda az danışılır»...

XS
SM
MD
LG