Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:25

İlham Əliyev bloqqerlərə "Okay" dedi


Çərşənbə axşamı. 23 fevral 2010. saat 08.15

BAŞLIQ: Azərbaycan prezidenti ABŞ Börnsə (Dövlət katibinin müavinin Bill Börns (Bill Burnse)): “İKİ QOÇUN BAŞI BİR QAZANDA QAYNAMAZ”

1. (M) Prezident Əliyev Rusiyanın prezidenti Medvedyevlə BN Putinin münasibətlərini şərh etmək üçün zarafata müraciət edir. Amma eyni zarafatı Türkiyə-Ermənistan yaxınlaşması və Qarabağ probleminin həlii haqda olan qayğılarını ifadə etmək üçün də istifadə edə bilərdi. O Börnsə deyib ki, Ermənilərin 24 aprel xatirə günü "Domokl qılıncı" kimi həm Qarabağ probleminin həlli, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin başının üstündə asılıb” O bildirir ki, Aprel məsələsi həll olunsaydı Türkiyə və Ermənistan üçün Qarabağ probleminin də həlli asanlaşardı. O imkandan istifadə edib ABŞ hökumətinə təzyiq etdi ki, Yerevanı Qarabağla əlaqədar razılığa gəlməyə sövq etsin və bildirdi: “Hazırda biz əvvəlkindən də çevik olmağa çalışırıq”

2. (M) İranla bağlı. Prezident Əliyev dedi ki, iqtisadi blokadanı (İranın – red.) dəstəkləyir və hesab edir ki, nə qədər çox ölkə bu tədbirlərə qoşulsa, sanksiyalar bir o qədər səmərəli olar. O, İranın təhlükəsizliyi pozan təxribatlarından şikayətləndi. Əfqanıstana bir batalyon həcmində silahlı kontinqent göndərilməsi təklifinə Əliyev bildirdi ki, Gürcüstana bir qrup adam göndərəcək ki, Gürcüstanın Əfqanıstana gedəcək əsgərlərinə EUCOM çərçivəsində keçirilən hərbi təlimləri müşahidə etsin. Enerji əməkdaşlığı ilə bağlı president Əliyev dedi ki, əgər Türkiyə “özünü yaxşı aparsa” bu il ərzində qaz tranziti razılaşmasını əldə etmək mümkündür. Nəhayət, həbsdə olan gənc fəalların azad edilməsi ilə bağlı konkret vədlər verməsə də o bildirdi ki, “Mənə elə gəlir ki, bu (amnistiya və ya əfv) mümkün olan şeydir. Mənim heç kimə pislik etmək niyyətim yoxdur”

DQ PROBLEMİNİN HƏLLİ ÜÇÜN YEREVANA TƏZYİQ GÖSTƏRİLMƏSİNİ İSTƏDİ

3. (M) Amerika Dövlət Katibinin köməkçisi Bill Börns Azərbaycan prezidenti İlham Əliyevlə bir saatlıq görüşünə bir məqamı vurğulamaqla başladı. O bildirdi ki, Vaşinqtondan sadə bir mesajla gəlib – Amerika Azərbaycanla qarşılıqlı əlaqələr qurmaq və tərəfdaşlığı gücləndirmək istəyir. Bundan sonra o, fevralın 18-də qoşunların təmas xəttində 3 Azərbaycan əsgərinin həlak olması ilə bağlı İlham Əliyevə başqağlığı verdi. Buna cavab olaraq Əliyevin bildirdiyinə görə, bu hadisə onu göstərir ki, nə sülh var, nə sülh müqaviləsi, nə də atəşkəsin qorunmasını təmin edən sülhməramlılar. Azərbaycan prezidenti narahat idi ki, buna oxşar insidentlər yenə baş verə bilər. Börns qeyd etdi ki, belə insidentlər Qarabağ münaqişəsinin siyasi həllinin tapılmasın nə qədər vacib olduğunu göstərir.

4. (M) Əliyevin bu fikirlərinin bir mesajın çatdırılmasına yönəldiyini güman etmək olar: O, özünün Minsk Qrupu Prosesində iştirakını davam etdirməyə hazırdır, amma əgər Ermənistan həmin prosesə davam etməkdən imtina edərsə, beynəlxalq ictimaiyyət Yerevana təzyiq etməlidir. Əliyev dedi ki, artıq son qərarın verilməsi zamanı yetişib, amma prezident Sarkisyan prosesdən çıxmaq istəyir: “Mən həmsədrlərə dedim ki, Ermənistan prosesi mümkün qədər uzatmaq və sonra prosesdən çıxmaq istəyir”. Əliyev dedi ki, Azərbaycan danışıqları irəli aparmaq üçün öz boynuna düşənləri etməyə hazırdır: “İndi biz güzəştlərə bir az da açıq olmağa çalışacağıq”.

5. (M) Əliyev Ermənistanı Minsk qrupunun təklif etdiyi baza prinsiplərinə razı salmaq üçün bir neçə addım atmağın vacibliyini vurğuladı:

- 3 həmsədr ölkə bu məsələdəki səylərini yüksək eşalon səviyyəsində birləşdirməlidirlər.

- (M) 3 həmsədr ölkə Ermənistana güclü mesaj verməlidirlər ki, Dağlıq Qarabağın müstəqilliyi müzakirə mövzusu deyil.

- (M) Əgər bu səylər səmərə verməzsə, bunun iqtisadi təcrid baxımından nəticələri olmalıdır, xüsusən Rusiyanın Ermənistana iqtisadi dəstəyinin azaldılması şəklində.

6. (M) Əliyev dedi ki, Soçi görüşündə prezident Sarkisyan “Dağlıq Qarabağda referendum, yaxud rəy sorğusunun nə vaxt keçiriləcəyi ilə bağlı konktret tarixin müəyyən edilməsi”nə dair təklif irəli sürüb. Əliyev buna qarşı çıxaraq deyib ki, bu, nizamlanma çərçivəsini bütövlükdə təhlükə altına qoyur, çünki nizamlanma çərçivəsinə görə, referendum, yaxud rəy sorğusunun konkret tarixinin müəyyən edilməməsi əvəzində Dağlıq Qarabağda qanunsuz olaraq yaradılmış rejim qanuni status alır. Əliyev onu da dedi ki, Ermənistan xaricdəki diasporanın göndərdiyi pullardan, eləcə də qaz və elektrik idxalından asılıdır: “18 illik danışıqlar dövründə biz bütün seçimləri sınaqdan keçirdik. Əgər Minsk qrupunun bu fazası bitsə, onda nə olacaq?” – deyə Prezident ucadan soruşdu.


RUSIYANIN DQ-da ROLU VƏ RUSİYA (HAKİMİYYƏT) VARİSLİYİ

7. (M) Dağlıq Qarabağ danışıqlarında Rusiyanın rolu haqda Börnsün sualına cavabında İlham Əliyev deyib ki, o, Medvedevin cəhdlərinin səmimiliyinə inanır. Medvedev Azərbaycan və Ermənistan prezidentləri ilə 5 dəfə görüşüb. Ona görə, Dağlıq Qarabağ danışqılarında irəliləyiş olmasa, Medvedevin nüfuzuna xələl dəyəcək.

Əliyev deyib ki, Soçidə Medvedev Sarkisyanı danışıqlarda dönüş yaratmağa sövq edird.
Ancaq İlham Əliyev əlavə edib ki, bu təzyiqin qabağında Ermənistanın nəinki tərəqqiyə müqavimət göstərməsi , hətta əvvəl razılaşdırılmış şərtlərdən də geri çəkilməsi qəribədir.
Bu fikirlə bağlı Börnsün sualına İlham Əliyev cavab verib ki, onun fikrincə, Rusiyanın baş naziri Putinin Dağlıq Qarabağ probleminin həllinin lazımlığı haqda öz fikri var. Ancaq İlham Əliyev deyib: “ bunun subutu yoxdur, amma mən bunu hiss edirəm”.

8. (M) İlham Əliyev deyib ki, o, Medvedevi “müasir, yeni nəsildən olan intellektual” hesab edir. Ancaq Medvedev nəzarət etmədiyi adamlarla dövrələnib. İlham Əliyev deyib ki, şəxsən onun özü şahidi olub ki, Medvedev qərar verir, ancaq həyata keçirilməzdən əvvəl bu qərara daha bir təsdiq tələb olunur. Əliyev bunları deyərkən Rusiya ilə sərhədlərin demarkasiyası razılığına istinad edir.

Əliyev əlavə edir ki, “Bir çox yüksək rütbəli rəsmilər (Medvedevi) lider kimi qəbul etmir”.

Əliyev deyib ki, hərçənd Medvedevlə Putin arasında şəxsi qarşıdurma yoxdur, ancaq bu iki şəxsin komandaları arasında güclü konfrontasiya var.
“Azərbaycanca desək, iki qoçun başı bir qazanda qaynamaz”.

TÜRKİYƏ-ERMƏNİSTAN (MÜNASİBƏTLƏRİNİN) NORMALLAŞMASINA GÜCLÜ MÜQAVİMƏT

9. (M) Börnsün vurğuladığına görə, Birləşmiş Ştatlar inanır ki, Türkiyə-Ermənistan protokolları üzrə irəliləyiş Sarkisyana Dağlıq Qarabağ problemi istiqamətində daha çox çevikliyə sahib çıxmaq üçün geniş siyasi məkan yarada bilər. Həmçinin, Burns hesab edir ki, Türkiyə-Ermənistan prosesinin real görünən uğursuz sonucu Qarabağ probleminin həlli istiqamətində ciddi mənfi nəticələrə gətirə bilər.
İlham Əliyev bu zaman qeyd edib ki, Dağlıq Qarabağ məsələsində tərəqqi prosesi minimum beş və ya altı ay tələb edir. Azərbaycan prezidenti Türkiyə-Ermənistan protokollarının ratifikasiya prosesinin 24 aprel tarixindən sonrakı müddətə ertələməyi təklif edib. Əliyev ermənilərin anma gününü "damokl qilincı" hesab edərək Türkiyə-Ermənistan, eləcə də Dağılıq Qarabağ probleminin həlli istiqamətində xeyir verməyən bir məsələ adlandırıb. "Müddət qoyulmasaydı biz bir-təhər səylərimizin (Qarabağ problemini həl etmək üçün) birləşdirmək yollarını tapardıq".

10. (M) Əliyev xəbərdarlıq edir ki, Dağlıq Qarabağ məsələsində inkişaf əldə olunmadan Türkiyə-Ermənistan protokollarının təsdiqi problemə mənfi təsir edəcək.

Onun bəd proqnozlarına bunlar aiddir:
Dağlıq Qarabağ münaqişəsinin istənilən nizamlanmasının təxirəsalınmaları;
regional təhlükəsizlik məsələlərin təkmilləşdirilməməsi;
Türkiyə-Azərbaycan münasibətlərinə təhlükə;
Türkiyə və Ermənistan arasında real əməkdaşlığın olmaması;
Mərkəzi Asiyanın artan izolyasiyası;
enerji layihələrinin kəsilməsi;
Gürcüstana təhlükə, eyni zamanda tranzit dəhlizlərin və Rusiya ilə Ermənistan arasında yeganə quru dəhliz rolunun itirilməsi.


İRANLA MÜNASİBƏTLƏRİ GƏRGİN VƏ QEYRİ-SABİT KİMİ TƏSVİR ETDİ

11. (M) Börns Dinc nüvə proqramı təşəbbüsü ilə bağlı Tehranla dialoq yaratmaq üzrə atdığı addımların detalarını izah etdi. O öz sözlərini belə bir fikirlə bitirdi ki, rədd cavabı aldıqda ABŞ BMT Təhlükəsizlik Şurasında daha bir qətnamənin qəbul olunmasına və bu dəfə hədəf İran İnqilabi Qvardiyası olacaq. Əliyev cavab verdi ki, Azərbaycan-İran münasibətləri ilk baxışda normal görünsə də, onların münasibətləri göründüyündən çox fərqlənir. Prezident əlavə etdi: “Mən istisna etmirəm ki, münasibətlər daha da mürəkkəbləşəcək”

12. (M) Merkel (Almainyanın kansleri) məni İranla bağlı qətiyyətlə dilə tutmağa çalışırdı. Mən ona dedim: “Ehtiyac yoxdur”. Prezident bir daha təkrar etdi ki, o, İranın iqtisadi təcridini dəstəkləyir və əmindir ki, beynəlxalq ictimaiyyət birgə işləsə bunun təsiri olar. Bildirdi ki, əvvəlki sanksiyaların nəticəsi İranla əməkdaşlıq edən Avropa enerji şirkətləri tərəfindən heçə endirildi. “Statoil Irani daha çox dəstəkləyir, nəinki bizi” – deyə prezident şikayət etdi. O qeyd etdi ki, bir dəfə Rusiya prezidenti Medvedyev ona bildirib ki, Rusiya İranın Amerika tərəfindən sıxışdırılmasını istəmir, amma İranın atom ölkəsi olmasının da əleyhinədir.

13. (M) Əliyev dedi ki, İranın Azərbaycandakı təxribatları artır. O radikal islam qruplarının və Hezbollah terrorçularının maliyyələşdirilməsindən başqa aşağıdakıalrı məxsusi olaraq qeyd etdi:

- İranın Naxçıvandakı Aşura mərasimlərində zorakılığı maliyyələşdiririlməsini,
- Təbrizdə və İstanbulda Azərbaycan konsulluqları qarşısında mitinqlər təşkil olunmasını,
- Bu yaxınlarda Bakıda dindarların zorakılıqla müşahidə olunan yürüşünü,
- Azərbaycanda yayımlanan Azərbaycandilli “Səhər” TV-də prezidentin fotosunun Davud ulduzu ilə (İsrailin rəmzi – red.) birgə verilməsini,
- Xəzər dənizində münaqişəni

14. (M) Prezident əlavə etdi ki, Azərbaycan qarşılıqlı şəkildə İran ilə viza rejiminin yüngülləşdirilməsinə getməyəcək. O həmçinin qeyd etdi ki, Azərbaycan İrana fars dilində TV yayım həyata keçirməyi planlaşdırır. O dedi ki, İranın dini rəhbərliyinin nədən sabiq prezident Müsəvi əvəzinə Əhmədinnejada üstünlük vediyini başa düşmür. Zaraftla bildirdi ki, yəqin İran dövlətinin başında eyni zamanda iki etnik Azərbaycanlının olmasını çox təhlükəli sayıblar. O bildirdi ki, seçkilərdəki saxtakarlıq aşkardır, çünki Əhmədnejad Azərbaycanlıların üstünlük təşkil etdiyi Təbrizdə qələbə çalır, amma Tehranda saxtakarlığı həyata keçirmək çətin olduğundan Müsəviyə uduzur. O, İranla münasibətlərin gərgin olduğunu deyib bildirdi ki, vəziyyət istənilən vaxt nəzarətdən çıxa bilər.

ƏFQANISATANDAKI ƏMƏLİYYATLARDA İŞTİRAK ÜÇÜN ƏSGƏR GÖNDƏR BİLƏR, AMMA MÜƏYYƏN ŞƏRTLƏRLƏ

15. (M) Burns soruşdu ki, Əfqanısatana əsgər göndərilməsi və bununla bağlı ABŞ tərəfindən hərbi təlimlərin və təhcizatın təşkil olunması haqda danışıqları davam etdirmək olarmı. Prezidsent cavab verdi ki, belə bir təşəbbüs təklifilə tanışdır və xarici işlər və müdafiə nazirləri məsələ üzərində işləyirlər. Onun sözlərinə görə belə bir fundamental problem var ki, Amerikanın Azərbaycan əsgərlərinə təlim keçməsi onların ancaq Əfqanıstana göndərilməsi məqsədilə həyata keçirilsə, siyasi cəhətdən onu pis vəziyyətdə qoyar. Dedi ki, təlim keçən əsgərlərin yarısını Əfqanıstana göndərib, o biri yarısını Azərbaycanda saxlamaq və ya hər hansı başqa vəzifələrə cəlb etmək mümkün olsaydı, vəziyyət yüngülləşərdi. Burns qeyd etdi ki, prezidentin təklifi Amerikanın maliyyələşdirdiyi hərbi təlimlərə problem yarada bilər. Amerikanın nümayəndəsi təklif etdi ki, bu istiqamətdə atılan ilk addım kimi xarici işlər və müdafiə nazirliklərinin işçiləri Amerika dənizçilərinin Əfqanıstana göndərilən Gürcü hərbçilərinə keçdiyi təlimləri müşahidə etsinlər. Prezident bu fikri bəyənib öz əməkdaşlarına tapşırdı ki, təkliflə yaxından tanış olsunlar.

GƏNC FƏALLARIN ƏVF OLUNMASI VƏ YA AMNİSTİYA EDİLMƏSİ “MÜMKÜNDÜR”

16. (M) Börns dedi ki, Azərbaycanın tolerant və dünyəvi dövlət kimi liderlik rolunun təsdiq yollarından biri də demokratiya və insan haqlarının inkişaf etdirilməsi olardı. Onun iki gənc fəalın qarşıdan gələn məhkəmə prosesi haqda xahişinə cavab olaraq prezident humanizm əlaməti kimi iki nəfərin azad olunmasının mümkün olduğunu dedi. Əliyev xüsusi vəd verməsə də, “Mənə elə gəlir ki, bu mümkün olan şeydir. Mənim heç kimə pislik etmək niyyətim yoxdur” dedi. Börns belə bir addımın tezliklə atılması xahişini dilə gətirəndə, prezident cavab verdi: “OKay”

TÜRKİYƏ QAZ TRANZİTİNDƏ RUSİYA FAKTORU

19. (M) Börnslə görüşündə Əliyev keçən il Rusiyaya qaz satmalarının səbəbinə də dolayısı ilə aydınlıq gətirib. Məlum olur ki, bu təkcə ona görə deyil ki, “Moskva bunu xahiş edib” və daha yaxşı qiymət təklif edib. Əliyevin bildirdiyinə görə real səbəb odur ki, biz “türk dostlarımıza” nümayiş etdiririk ki, Türkiyənin qaz paylayan şəbəkəyə çevrilməsinə imkan verməyəcəyik. “Əliyev Türkiyədə Ərdoğan hökumətindən xarici siyasətinin sadəlövh olmasını, bu sahədə təşəbbüslərinin uğursuzluğunu, Ankaranın günahından Türkiyənin ənənəvi beynəlxaql dostlarını itirməsini və İsraillə düşmənçiliyini vurğulayaraq bu hökumətdən xoşu gəlmədiyini ifadə edib. O, öz fikrini bildirərərk qeyd edib ki, hər hansı “müasir islamçı” hökumətin Türkiyəyəy fayda gətirə biləcəyini düşünmür. Hesab edir ki, başqa ərəb ölkələri susarkən Ərdoğanın Həmas və Qəzza məsələlərində təkidli davranışı Türkiyənin xeyrinə deyil.

20. (Q/M) Sonda Börns prezidentdən səfirliyin yeni binasının kirayəsində yaranan problemin həllinə yardım xahiş edib. Prezident buna müsbət cavab verib bildirib ki, bu, həll oluna bilər.

21. (Q/M) Börnsu bu görüşdə Dövlət Katibinin Avropa məslələri üzrə yardımçısı Tina Kaidanou, Milli Təhlükəsizlik Şurasının direktoru Bridget Brink, səfirliyin məsul şəxsi iştirak edib. Prezident Əliyev isə müzakirəyə özünün Xarici Siyasət məsələləri üzrə müşaviri Novruz Məmmədovla qatılıb.

22. (Q/M) Bu mesaj Börns tərəfindən dəqiqləşdirilib.

Mənbə Guardian.co.uk
Tərcümə: AzadlıqRadiosu
Şərti işarələr:
M - Məxfi, Q/M - Qeyri-məxfi

XS
SM
MD
LG