Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:20

Naxçıvanda müsavatçı azadlığa buraxılıb


Sabit Əliyev
Sabit Əliyev
Naxçıvanlı müsavatçı Sabit Əliyev noyabrın 21-i azadlığa buraxılıb. Bu haqda AzadlıqRadiosuna o özü məlumat verib.

Sabit Əliyev “AXCP-Müsavat” seçki blokundan deputatlığa namizəd Səxavət Əliyevin qardaşıdır. Səxavət Əliyev seçkilərin saxtalaşdırıldığını iddia edir və bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Yeddi gün Şərur Rayon Polis Şöbəsində saxlanıldığını deyən Sabit Əliyevsə burada heç bir təzyiqlə üzləşmədiyini bildirir.

O, saxta ittiham əsasında həbs edildiyini bildirir.

Sabit Əliyev deyir ki, noyabrın 11-də seçki günü baş verən saxtakarlığı kənd içındə müzakirə edərkən həmkəndlisi Yasin Əliyev onu təhqir edib.

Təhqir olunması ilə bağlı polisə müraciət etsə də, ərizəsi qəbul edilməyib. Bir gün sonra Yasin Əliyev ondan şikayət etdiyinə görə isə müsavatçının özünü polisə çağırıblar.

Müsavatçı deyir ki, onu iki gün polisdə dindirib, axşamlar evə buraxırmışlar. Amma noyabrın 14-dən 21-nə kimi polis şöbəsinin təcridxanasında saxlanılıb:

“Ayın 14-dən həbsdə saxlanılırdım. Dəfələrlə müstəntiq Tofiq Hüseynova dedim ki, məni buraxın. Müstəntiq dedi ki, sən həmkəndlini təhqir etmisən. Dedim ki, təhqir etmişəm verin məhkəməyə. Cəzam nədirsə versinlər. Müstəntiq susub dururdu, başqa bir şey də demirdi”.

Sabit Əliyev bir həftə əsassız həbsdə saxlanması ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir:

“Mən hesab edirəm ki, bu seçki haqq-hesbıdı. Bu oyunu qardaşım Səxavət Əliyevə görə qurublar”.

Məsələylə bağlı Sərur Rayon Polis Şöbəsinin müstəntiqi Tofiq Hüseynovla əlaqə saxlaya bilməsək də, şöbənin rəis əvəzi Nəzmi Vəliyev deyilənlərin yalan olduğunu, Sabit Əliyevin təcdidxanada saxlanılmadığını bildirdi.

Nəzər yetir: NAXÇIVANDA SEÇKİ DAVASI
XS
SM
MD
LG