Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:30

Əflatun Amaşov həbsdəki bloqqerlərin müdafiəsinə skeptik yanaşır


Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov
Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov
«Həbsdə olan bloqqerlər Adnan Hacızadənin və Emin Millinin jurnalistikaya bağlılığı dünyanın bir çox ölkəsində sual doğurur».

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov bu fikirdədir. O, Milli Mətbuat Günü ərəfəsində Turan-a müsahibəsində ictimai proseslərdə jurnalistikanın rolu, həbsdə olan həmkarlar, yüksək vəzifəli şəxslərin obyektiv tənqidə mənfi reaksiyası, Mətbuat Şurasının işi, özünü maliyyələşdirən KİV-in olmaması və digər məsələləri şərh edib.

Şura sədri ictimaiyyətin Adnan Hacızadə və Emin Millinin hüquqlarını müdafiə etməsinə «skeptik» yanaşdığını bildirib.

Eynulla Fətullayevin taleyinə gəlincə, Amaşov deyib ki, onun azadlığa buraxılması çağırışı ilə ölkə rəhbərliyinə dəfələrlə müraciət edib.

Dövlət məmurlarının obyektiv tənqidə reaksiyası barədə sualın cavabında Amaşov deyib ki, heç kimə onun barəsində yazılmış iyrənc yazılar xoş gəlmir.

«Azərbaycanda 3 minə yaxın qəzet var və hər biri çalışır ki, nazirləri ləkələməklə onların diqqət mərkəzində olsun», - Amaşov vurğulayıb.

O, jurnalistlərin həbs olunması tələbilə iddia qaldıran konsern rəhbərlərinin, ədliyyə nazirinin, DİN rəhbərinin, Bakı şəhər İcra Hakimiyyəti rəhbərinin təşəbbüslərini şərh etməyib.
XS
SM
MD
LG