Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:40

İlham Əliyev: «Azərbaycanda seçkilərin keçirilməsi Avropa standartlarına uyğundur»


«Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər».

Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Seçki Komissiyasının yeni binasının açıışında bu fikri deyib.

Onun fikrincə, Azərbaycanda seçki sahəsində bütün işlər beynəlxalq standartlara uyğun qurulub:

«Mən çox şadam ki, son illər ərzində Mərkəzi Seçki Komissiyası öz işində böyük nailiyyətlər qazanıb. Komissiyanın çox vacib funksiyaları vardır. Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur.

Sizin fəaliyyətinizdən çox şey asılıdır. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulubdur, seçki prosesinin daha da təkmilləşdirilməsi işində beynəlxalq təşkilatlarla uğurlu fəaliyyət göstərir. Bu gün Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur».

Prezident əmin olduğunu bildirib ki, bu ilin noyabrında keçiriləcək parlament seçkisi ədalətli olacaq:

«Əminəm ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır».
XS
SM
MD
LG