Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

«Azərbaycan hakimiyyətini Konvensiyanın öhdəliklərinə riayət etməyə çağırırıq»


Avropa Birlyi «Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində yeni hökmü pisləyib.

Təşkilatın bu məsələ ilə bağlı bəyanatında deyilir ki, «Avropa Birliyi ATƏT-in KİV üzrə nümayəndəsinin yeni ittihamın şübhə doğurması barədə mövqeyini bölüşür».

Avropa Birliyi həmçinin yeni hökmün Bakının Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad edilməsi haqqında qərarını icra etməsi üçün ən son tarixə iki həftə qalmış çıxarılmasından narahatdır.

«Bununla əlaqədar olaraq, Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddə üzrə öhdəliklərinə riayət etməyə çağırırıq», deyə bəyanatda qeyd edilib». /Turan/
XS
SM
MD
LG