Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:26

Qol maşını Uruqvayı 1/4 finala çıxarır


Rustenburg (Cənubi Afrika), 22 iyun 2010.Urugvay futbolçuları Meksika üzərində 1-0 qələbəyə sevinirlər. Onlar A qrupunda birinci yer tutub 1/8 finala vəsiqə qazanıblar
Rustenburg (Cənubi Afrika), 22 iyun 2010.Urugvay futbolçuları Meksika üzərində 1-0 qələbəyə sevinirlər. Onlar A qrupunda birinci yer tutub 1/8 finala vəsiqə qazanıblar

Dünya çempionatının ilk 1/8 final oyunu keçirilib. Uruqvay - Cənibi Koreya görüşü 2-1 hesabı ilə başa çatıb. Uruqvayın 23 yaşlı hücumçusu Suzarez rəqib qapısına iki qol vuraraq komandasının qələbəsini təmin etdi. Cənubi Koreya yarışı tərk edir.

Oyunun birinci hissəsində hesabı açan Suarezin qolu Uruqvayın qələbəsi üçün kifayət olmadı. Koreyalı Chung Young-Lee müdafiəçilərdən də, qapıçı Musleradan hündürə hoppanaraq başı ilə qol vurandan sonra hesab bərabərləşdi.

Bu, Uruqvayın Dünya çempionatının final mərhələsindən qapısından buraxdığı ilk qol idi.

HƏMÇİNİN OXU:
Əsas vaxtın bitməsinə 10 dəqiqə qalanda Suarez topu qovs xətti ilə Cənubi Koreya qapısının özündən uzaq, sağ tərəfinə firlatdı. Təxminən 16 metr məsafədən yönəldilən top dirəkdən qapıya girdi. 2-1.

Oyunun son saniyələrində Cənubi Koreya hesabı bərbərləşdirmək üçün gözəl bir imkanı əldən verdi: qapıçı ilə təkbətək çıxan Dong-Gook topu düz qapıçının üstünə vurdu.

Oyunun qəhramanı, Amsterdamın “Ajax” (Hollandiya) klubunda oynayan Suarez üçün bu mövsüm çox məhsuldar keçir. Öz klubunda və yığma komandasında oynadığı 61 oyunda 55 (!) qol vurub.

Cənubi Afrikada A qrupunda oynayan Uruqvay Fransa ilə heç-heçə (0-0) oynayaraq və Cənubi Afrika (3-0) və Meksika (1-0) üzərində qələbə çalaraq 1/8 finala vəsiqə qazanmışdı.

Uruqvay dördəbir finala çıxan ilk komandadır. 1930 və 1950-ci illərdə dünya çempionu olan Uruqvay millisi bu gün oynanılacaq ABŞ-Qana görüşünün qalibi ilə qarşılaşacaq.

URUQVAY-CƏNUBİ KOREYA GÖRÜŞÜNÜN ƏN MARAQLI YERLƏRİNƏ BURADA BAX
XS
SM
MD
LG