Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Jurnalistlərə qarşı ittihamlar, zorakılıqlar dayandırılsın


Dunja Miyatovic
Dunja Miyatovic
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Miyatovic iyunun 9-da hökumətlərə müraciət edib ki, jurnalistlərə qarşı ittihamları, zorakılıqları dayandırsınlar, həbsdəki jurnalistləri azadlığa buraxsınlar, internetdə söz azadlığını daha yaxşı müdafiə etsinlər.

O, bu fikirləri ABŞ-ın Helsinki Komissiyasının toplantısında deyib.

«Jurnalistlərə qarşı zorakılıq, bohtan və digər jurnalist səhvlərinə görə, həbslər jurnalistika üçün təhlükəli effekt yaradır» - deyə Miyatovic bildirib.

Miyatovic deyib ki, ATƏT bütün üzv dövlətlər qarşısında öz jurnalistlərinin təhlükəsizliyi ilə bağlı öhdəlik qoyub. O, ATƏT üzvü olan dövlətləri jurnalistlərə qarşı hücumları təkidlə ifşa eləməyə və cəzalandırmağa, yazdıqlarına və dediyi sözə görə jurnalistlərin həbslərini dayandırıb öz qanunvericiliklərini ifadə azadlığı ilə bağlı beynəlxalq standartlara uyğunlaşdırmağa çağırıb.

Miyatovic Azərbaycan, Qırğızıstan, Xorvatiya, Çernoqoriya, Serbiya, Rusiya, Türkiyə və Ukraynada jurnalist qətllərini pisləyib.

Xanım Miyatovic həmçinin jurnalist həbsinə görə ATƏT üzvü olan Azərbaycan, Qazaxıstan və Özbəkistanı tənqid edib.

O, ATƏT-ə üzv ölkələrin bir çoxunda internet azadlığının qarşısının alındığını, informasiyaya girişin məhdudlaşdırıldığını bildirib və həmin dövlətləri mətbuatı müdafiə etməyə, plüralizmi artırmağa, internetdə informasiyanın sərbəst axının qarşısını almamağa çağırıb.
XS
SM
MD
LG