Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:37

Suqovuşan bağlana bilər


Sabirabadda daşqın
Sabirabadda daşqın
Mayın 20-də Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar yaradılmış Hökumət Komissiyasının ilk iclası keçirilib.

Baş nazir Artur Rasi-zadənin sədri olduğu komissiyanın iclasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması yolları müzakirə olunub.

ANS TV-nin təbii fəlakət baş verən bölgəyə ezam olunmuş müxbrinin məlumatına görə, iclasdan sonra «Meliorasiya və Su Təsərrüfatı» Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında bildirib ki, iclasda fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı daha genişmiqyaslı işlərin görülməsi barədə tapşırıqlar verilib:

«Komissiyanın iclasında əsas məsələ Kür və Araz çayının yükünün azaldılması olub. Bu istiqamətdə digər axarların tapılması ilə çaylarda gərginliyin aradan qaldırılması nəzərdə tutulur. Əgər bu mümkün olmasa, Kür və Arazın birləşməsi ayrılacaq. Yəni Suqovuşan bağlanacaq. Hər iki çay ayrı-ayrılıqda Xəzər dənizinə töküləcək», deyə Ə. Əhmədzadə qeyd edib.
XS
SM
MD
LG