Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Cənubi Afrika 2010 Dünya Kubokunun qalibi məlumdur: korrupsiya!


CƏNUBİ AFRİKA SAKİNLƏRİ QAZANMAQ ƏVƏZİNƏ XƏRCƏ DÜŞÜRLƏR?
Cənubi Afrikada Təhlükəsizlik Araşdırmaları İnstitutunun aprelin 29-da Britaniyada çap etdiyi kitabda iddia olunur ki, futbol üzrə dünya çempionatının Cənubi Afrikaya verilməsi tamamilə yanlış olub. Niyə?

“Oyunçu və Hakim: maraqların toqquşması və 2010 Dünya Kuboku” adlanan kitabın müəllifləri Britaniya və Cənubi Afrikadan olan jurnalistlər bu suala cavab vermək üçün altı ciddi məsələylə bağlı araşdırma aparıblar: stadionların tikintisi, rəsmi təhcizatçıların-sponsorarın seçilməsi, tenderlər, hökumətin nəzarəti, şəffaflıq və ictimai maraqların nəzərə alınması.

Cənubi Afrika futbol azarkeşləri
Jurnalistlər araşdırmalarının yekununda bu qənaətə gəliblər ki, bütün bu mərhələlərin hər birində futbol və azarkeşlər yox, Dünya Çempionatının təşkilindən daha çox qazanmaq istəyənlər, ona biznes kimi baxanlar daha çox udurlar.

FİFA Dünya Çempionatının təşkili hüququnu Cənubi Afrikaya verəndə bunu futbolun həmin ölkədə irqi, milli ayrıseçkiliyi, aradan qaldırması ilə izah edir, indi orada futbol infrastrukturunun inkişafına kömək lazım olduğunu deyirdilər. Həmçinin Cənubi Afrikanın turizmdən gəlir əldə etməsi nəzərdə tutulurdu.
Amma bu çempionata hazırlıq mərhələsi elə təşkil olundu ki, Cənubi Afrika sakinləri bu böyük futbol bayramından nəsə qazanmaq bir yana, hətta xərcə düşmək təhlükəsi ilə üz-üzə qalıblar.


310 MİLYON DOLLARLIQ XƏRC NİYƏ 2.4 MİLYARD OLUR?
Yeni tikilən stadionlardan birinin işıq sistemi yoxlanır

Stadionların tikintisi Cənubi Afrika dövlətinə 310 milyon dollar əvəzinə 2.4 milyard dollara başa gəlib. Tikinti şirkətlərinin seçilməsində şəffaflıq olmayıb. Tikintilər başlayandan sonra materialları təchiz edənlər qəsdən qiymətləri qaldırmaqla daha artıq gəlirlər əldə ediblər.

Stadionların bir çoxunun yanında salınmalı nəqliyyat infrastrukturları ya salınmayıb, ya da planlaşma elə həyata keçirilib ki, dünya çempionatı bitəndən sonra bir çox futbol stadionları heç kimə lazım olmayacaq.

İohannesburq şəhəri çox şübhəli şərtlərlə 94 minlik futbol stadionun idarə edilməsi hüququnu hansısa bir tanınmayan yeni şirkətə verib.

KUBOKUN QALİBLƏR: FİFA, ŞİRKƏTLƏR. CƏNUBİ AFRİKA BƏLKƏ 3-CÜ OLDU
Kitabda Cİtibankın hesabatından nümunələr verilir. Citibankın hesablamalarına görə, dünya kubokunun keçirilməsindən FİFA 3.2-4 milyard dollar arasında gəlir əldə edəcək.
Dünta Çempionatı oyunlarına biletin rəsmi təqdimetmə məraisimi

Amma Cənubi Afrika dövləti isə stadionların, infrasturkturun tiintisi və təşkilati xərclərinin müqabilində çox cüzi gəlir əldə edir. Yəni, bu “kubokun sahibi” FİFA-dır. “İkinci yer” kubokun keçirilməsi üçün infrastruktur layihələrində iştirak edən biznes təşkilatlarınındır. Cənubi Afrika dövləti ən yaxşı halda 3-cü yerdədir.

FİFA-nın rəsmi sponsorlar və ya təhcizatçıların seçilməsində də yetərincə qaranlıq məqamlar var. Məsələn, rəsmi bilet və mehmanxana sifarişi şirkəti kimi niyə - Match Event Services-in seçilməsi və nəyə görə bu şirkətin biletlərin üzərinə əlavə 30- faiz qiymət qoymaq haqqı qazandığı bəlli deyil. Üstəlik, nəzərə almaq lazımdır ki, bu, Britaniya şirkətidir və əldə etdiyi gəlirlər də Cənubi Afrikayda qalmayacaq.

AZ QALA HƏR DÜNYA KUBOKUNDA KORRUPSİYA İTTİHAMLARININ ÜNVANI - ZEPP BLATTER

FİFA-nın prezidenti Zepp Blatter

Başqa bir rəsmi sponsorluq – qonaqların qarşılanması və yerləşdirilməsi təminatı isə FİFA-nın prezidenti Zepp Blatterin bacısı oğlu Filip Blatterə məxsus olan şirkətə verilib.

Futbol özü və yerli insanlar isə ən arxa planda qalır. Hətta, turist sayı proqnozlaşdırılandan bir qədər az olsa, və ya turistlər azacıq xəsislik etsələr, Cənubi Afrika sakinləri iyunun 11-də başlayıb bir ay davam edəcək bu böyük futbol bayramı bitəndən sonra da həmin təntətənin hesabını ödəməyə davam edəcəklər.

Bu kitab haqda məlumat verən “İnternational Herald Tribune” qəzeti bütün bu iddialarla bağlı FİFA-nın prezidenti Zepp Blatterin fikirlərini öyrənmək istəyib. Amma az qala hər dünya kubokundan öncə korrupsiyada ittiham edilən Blatter Dubaida olduğundan jurnalistlərin suallarını cavablamağı sonraya saxlayıb.
XS
SM
MD
LG