Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:36

Rusiya Ukraynanın istəyini yerinə yetirdi. Amma…


Dmitri Medvedev və Viktor Yanukoviç Xarkovda , 21 aprel 2010
Dmitri Medvedev və Viktor Yanukoviç Xarkovda , 21 aprel 2010
Ukrayna prezidenti Viktor Yanukoviç prezident seçiləndən sonra ilk dəfə rusiyalı həmkarı Dmitri Medvedevi öz ölkəsində qəbul edir. Amma prezident seçiləndən bu yana Yanukoviç artıq 5 dəfə Medvedevi müxtəlif yerlədə ziyarət edib. Və Medvedev gələn ay Ukraynaya hələ bir dəfə də rəsmi səfər planlaşdırıb.

QAZ DANIŞIQLARI

Budəfəki - özü də paytaxt Kiyevdə yox, Xarkovda keçirilən görüşün əsas səbəbi isə qaz danışıqlarıdır. Narıncı inqilabın hakimiyyətə gətirdiyi prezident Yuşşenkonun vaxtında Rusiya qazın qiymətlərini əhəmiyyətli dərəcədə artırmışdı. Ukrayna və Rusiya arasında qazın qiymətləri üzündən yaranan bir neçə mübahisədən və Avropanın iki qış bundan ziyan çəkməsinin ardından tərəflər hər min kubmetr üçün 304 dollar qiymətində razılaşmışdılar.

Bu dəfə isə hələ Medvedev Xarkova gəlməmişdən, Ukraynanın yeni Baş naziri Mikola Azarov Moskvada Vladimir Putinlə qiymət məsələsini danışmışdı. Putin bildirmişdi ki, çox güman ki, tərəflər razılığa gələcəklər, amma bundan ötrü gərək Ukrayna da qarşılıqlı addımlar atsın.

Medvedev hələ Xarkova ayaq basanda, hava limanında artıq Ukraynayla danışıqların asan keçəcəyinə işarə edən açıqlama vermişdi:

DÜZ 5 İLDİR Kİ, UKRAYNADA OLMAMIŞAM

- Mən indicə Xarkova endim və birdən düşündüm ki, faktiki olaraq düz 5 ildir ki, Ukraynada olmamışam. Bu doğrudan da bizim münasibətlərimizin qəfildən necə pisləşdiyiniə bir nümunəydi.
Prezidentlər Xarkovda yeni qaz sazişi imzalayırlar, 21 aprel 2010
Təəssüf də olsa, bir bir müddət əvvəl bu beləydi və açıq deyim ki, onun səbəbkarı biz deyildik.

Medvedevin Yanukoviçlə görüşündən sonra doğrudan da razılıq əldə edilib. Özü də elə əvvəlcədən gözlənilən səviyyədə. Ukrayna qazın qiymətinin 230 dollara endirilməsini istəyirdi.

Dmitrii Medvedev:

- Bizim ukraynalı tərəfdaşlarımız qazın qiymətində təxminən 100 dollar endirim əldə edəcəklər, əgər qazın satış qiymətləri hər min kubmetr üçün 330 dollar olsa. Və ya, qazın qiyməti aşağı düşərsə, o zaman onlar müqavilədəki qiymətlərdən 30 faiz daha az ödəyəcəklər.

Rusiya Ukraynanın istəyini yerinə yetirdi. Amma, əvəzində də öz istədiyini aldı.

Hələ görüşdən əvvəl ekspertlər deyirdilər ki, Rusiya bu dəfə siyasi yox, iqtisadi maraqlarının təmin edilməsini istəyəcək. Çünki Moskva artıq anlayıb ki, Ukraynanın indiki hakimiyyətiylə hər hansı siyasi anlaşmaya gəlmək kifayət etmir, növbəti hakimiyyət bunu dəyişə bilər.

BAZANIN İCARƏ MÜDDƏTİ DAHA 25 İLLİYiNƏ UZADILIB

Rusiyanın qazın qiymtini 30 fazi azaltmasıyla Ukrayna ildə 4 milyard dollar qənaət edə biləcək
Medvedevin açıqladığı çərçivə sazişinə görə, Rusiya Krımda yerləşən bazanın icarə müddətini daha 25 illiyinə uzadıb. Əvvəlki müqavilə 2017-ci ildə başa çatırdı.

Üstəlik, sonradan imzalanacaq müqavilədə bəzi əlavə güzəştlərin – məsələn, Rusiya invesitisiyaları üçün güzəştli şərtlər, Ukraynada AN təyyarələri buraxan Antotnov zadodunun səhmlərinin bir hissəsi və başqa güzəştlərin də olması mümkündür.

Ancaq iqtisadi böhrandan qurutla bilmək üçün Beynəlxalq Valyuta Fondundan 12 milyard dollara qədər kredit almaq üçün danışıqlar aparan Ukrayna çox güman bu şərtlərə rahatca razılaşcaq. Çünki təkcə Rusiyanın qazın qiymtini 30 fazi azaltmasıyla Ukrayna ildə 4 milyard dollar qənaət edə biləcək. Ukraynanın yeni prezidenti Yanukoviçin diliylə desək:

- Yaxın 10 ildə qazın qiymətinin azaldılması şəklində, Ukrayna Rusiyadan 40 milyard dollar real investisiya mənbəyi əldə etmiş olacaq.
XS
SM
MD
LG