Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:47

15 mart qiyamının pərdəarxası qəhrəmanı ilə müsahibə


Fərman Fəmirqol
Fərman Dəmirqol – İstanbul Unversiteti Hüquq fakultəsinin Konstitusiya hüququ müəllimi. 1995-ci ilin mart hadisələrindən sonra onun adı Rövşən Cavadovun yaxın adamları sırasında hallanırdı. Hazırda İstanbulda yaşayan və İstanbul Universitetində dərs deyən Fərman Fəmirqolla 15 il əvvəlki hadisələrə qayıdırıq.

Fərman bəy, Rövşən Cavadovla nə vaxt və harada tanış oldunuz?

Mən Rövşən Cavadovla mart hadisələrdən bir qədər əvvəl tanış olmuşdum. İlk dəfə Kənan Gürel adlı bir türk var idi, Rövşən Cavadovun dostu idi, onun toyunda görüşdük.

Sizin adınız mart hadisələrinin əsas iştirakçıları arasında hallandırılırdı...

Hadisələrdən sonra mənim əleyhimə mətbuatda çıxış edən adamlar – elm adamları, jurnalistlər - Türkiyəyə gələndə onlarla görüşüb soruşurdum ki, niyə belə danışırsız? Uzrxahlıq edirlər ki, Fərman bəy, sən bizə icazə ver – sənin əleyhinə danışaq, cünki bu, bizə xeyr gətirir.

Bu necə olur? - Deyirdim. Cavab verirdilər ki, bu saat Azərbaycanda sənin əleyhinə danışmaq xeyirdir - vəzifəmizi artırırlar, prorektor oluruq və sair. Sənin əleyhinə olmaq iş görmək baxımından bizi hökumətin qarşısında yaxşı göstərir.

Sizi çevriliş cəhdinin aktiv iştirakçısı kimi qələmə verirdilər. Bəs siz özünüz öz rolunuzu necə qiymətləndirisiz?


Bu hadisələrə münasibəti belə bir sualdan başlamaq lazımdır ki, 15 il əvvəl çevriliş var idi, yoxsa yox? Əgər çevriliş yox idisə, nə idi bu? Bu hadisələrdə Rövşən Cavadov nə etmək istəyirdi, hökümət nə etmək istəyirdi, Türkiyə nə etmək istəyirdi?

Gəlin, sizin rolunuza qayıdaq...


O vaxtlar hiss olunurdu ki, Heydər bəyə qarşı olan qüvvələr stabilliyi pozmaq istəyirlər. Bu məqsədlə də Rövşən Cavadovdan istifadə etmək istəyirlər.

Ona görə Rövşən Cavadova dedim ki, Rövşən bəy, istəmirəm şpionluq kimi olsun, ona görə təklif edirəm ki, Türkiyə səfirliyi vasitəsilə Heydər Əliyevlə danışaq. O, sizi yanına alsın, birgə işləyin. Qarşıdurma olmasın, stabillik pozulmasın.

Qarşıdurma məhz Heydər Əliyev və Rövşən Cavadov arasında idi?

Yox, sadəcə olaraq, Heydər Əliyevdən narazı olan bütün qüvvələr üz tutmuşdu Rövşən Cavadova. Ay Rövşən bəy, sən qəhrəmansan, sən böyük adamsan, bu Heydər Əliyevi devirmək lazım, biz də sənə kömək olacağıq – deyirdilər ona.

Mənsə fikirləşirdim ki, Heydər Əliyev Rövşən Cavadovu özünə yaxınlaşdırsa, onu ətrafındakı bütün bu adamlardan qurtara bilərdi. Mən ona açıq deyirdim ki, onun yanına gələn adamlardan gözüm su içmir.

Kim idi bu adamlar?

Kimlər gəlmirdi onun yanına? Gəncədən gəlirdilər, müxalifətdən gəlirdilər, zabitlər gəlirdi, millət vəkilləri gəlirdilər və deyirdilər, ay Rövşən bəy, bu Heydər Əliyev neyləyir belə? İndi ad çəkmək istəmirəm, amma ağlınıza gəlməyən adamlar var idi.

Bəs Rövşən Cavadovun bu adamlara münasibəti necə idi?

Deyirdi, onların dərdi var, kömək istəyirlər, sənsə, Fərman bəy, mənə mane olursan. O haqlı idi, mən istəyirdim ki, Heydər Əliyev onu müşavir təyin eləsin, bununla da qarşıdurrma yox olsun. Rövşən bəy razılaşdı. Mən də Türkiyənin səfirinə bu təklifi çatdırdım.

Türkiyə səfiri, xarici işlər müşaviri və əsgəri müşaviri ilə birlikdə Heydər Əliyevin qəbulunda oldular. Mən bu görüşdə yox idim. O səfirə Rövşən Cavadovun qardaşından şikayət etdi. Cavabında da dedilər ki, Mahir Cavadov ayrı, Rövşən Cavadov ayrı. Söz verdi ki, Rövşən Cavadovu qəbul edəcək. Lakin bu görüş baş tutmadı. Dedi səfəri var, səfərdən sonra zəng edəcək, lakin zəng eləmədi.

(Müsahibənin davamı tezliklə saytda yerləşdiriləcək, bizi izləyin)
XS
SM
MD
LG