Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:28

«Madrid prinsipləri böyük sazişin müzakirəsinə aparır»


«Madrid prinsiplərinin yenilənmiş variantı hansısa böyük sazişin müzakirəsinə başlamağa imkan yaradır. Ancaq bunu Ermənistan da qəbul etməlidir».

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 11-də jurnalistlərə verdiyi açıqlamada belə deyib.

«Azərbaycan tərəfi elan edib ki, Madrid prinsiplərinin yeni variantını qəbul edir. Ermənistan tərəfi isə yenilənmiş variantla bağlı həmsədrlərə təkliflər verib. İndi həmsədrlər onun əsasında müzakirələri davam etdirirlər. Çox güman ki, həmsədrlər Ermənistanın xarici işlər nazirini müzakirə üçün Parisə dəvət edəcəklər. Ondan sonra bilinəcək ki, biz həmsədrlərlə birlikdə hansı istiqamətdə işi davam etdirməliyik».

Ermənistan və Fransa prezidentlərinin Paris görüşünə toxunan nazir əlavə edib ki, həmin danışıqlar barədə onalara hələ ki, məlumat verilməyib. Ancaq mətbuatdan aldığı məlumata görə, Madrid prinsiplərinin yenilənmiş variantını Nikola Sarkozinin də dəstəklədiyini bildirib.
XS
SM
MD
LG