Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:30

Azərbaycan qazının İrana nəqlinə dair müqavilə imzalanıb


ARDNŞ-in prezidenti Rövnəq Abdullayev
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev
Yanvarın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) İran Milli Qaz Şirkəti ilə Azərbaycan qazının bu ölkəyə nəql olunmasına dair qısa müddətli müqavilə imzalayıb.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin dediyinə görə, bu müqavilə nəticəsində qonşu ölkəyə 120 milyon kubmetr qaz nəql ediləcək. 100 günü əhatə edəcək nəql prosesinə elə bu gündən başlamaq mümkündür.

Cənab Abdullayev satılan qazın qiymətinin dünya bazarında neft, benzin və dizel yanacağının qiymətinə əsasən təyin ediləcəyini bildirib.

Onun sözlərinə görə, qısamüddətli müqavilənin nəzərdə tutduğu 100 gün başa çatandan sonra tərəflər arasında İrana daha çox qazın satışını təmin edən uzunmuddətli müqavilə bağlanması planlaşdırılıb.

Artıq Hacıqabul–Astara qaz kəmərinin işini lazımi səviyyədə qurmaq üçün 2010-cu ilin büdcəsində 100 milyon manat vəsait nəzərdə tutulub.

İran Milli Qaz Şirkətinin rəhbəri Seyid Rza Kəsaizadə isə ölkəsinin istənilən həcmdə Azərbaycan qazını almağa hazır olduğunu bildirib.

ARDNŞ prezidenti yaxın günlərdə Türkiyə ilə də qaz məsələsində ortaq məxrəcə gəlinəcəyini deyib. Azərbaycan bu ölkəyə satdığı qazın qiymətini artırmaq istəyir və hazırda bu yöndə danışıqlar gedir.

Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycan artıq bütün istiqamətlərdə qaz nəqlinə başlayıb. Bununla belə, «Nabucco» işə düşsə, ARDNŞ onun üçün də qaz tapar.
XS
SM
MD
LG