Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

«Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı müraciət edə bilmərəm»


Spikersə bildirib ki, o bir nəfərin azadlığa buraxılması üçün müraciət edə bilməz
Spikersə bildirib ki, o bir nəfərin azadlığa buraxılması üçün müraciət edə bilməz
«Mən Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı müraciət edə bilmərəm»-, parlamentin dekabrın 25-də keçirilən iclasında spiker Oqtay Əsədov Cəmil Həsənlinin təklifinə münasibət bildirərkən belə deyib.

Millət vəkili Cəmil Həsənli təklif edib ki, spiker səlahiyyətindən istifadə edib həbsdə olan jurnalistlər – Qənimət Zahid, Eynulla Fətullayev, həmçinin bloqqerlər Emin Milli, Adnan Hacızadənin azadlığa buraxılması üçün müraciət etsin. Deputat deyir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsində də ölkədə söz azadlığa məsələsindən narahatlıq ifadə olunub.

«Bu jurnalistlərin həbsdə olması Azərbaycan üçün azadlıqda olmasından daha təhlükəlidir».

Spikersə bildirib ki, o bir nəfərin azadlığa buraxılması üçün müraciət edə bilməz:
«Bu Eynulla Fətullayevdir. Avropada onun yazdıqlarına istinad edərək deyirlər ki, Xocalı faciəsini azərbaycanlılar özləri törədib».

Bu zaman deputat Pənah Hüseyninin replikası spikerlə mübahisə ilə nəticələnib.

Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.
XS
SM
MD
LG