Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

İllik korrupsiya dövriyyəsi 300 milyard dolları keçir


Ruslar korrupsiyanın onların maraqlarına uyğun olmadığını başa düşməlidirlər
Ruslar korrupsiyanın onların maraqlarına uyğun olmadığını başa düşməlidirlər
MOSKVADA YOL POLİSİ RÜŞVƏTİ NECƏ ALIR?

Moskvada sürücü rüşvət verməyi də maşın sürmək qədər bilməlidir. Yol polisi onu saxlayır,
hansısa qaydanı pozduğuna dair hədələr deyir. Bildirirlər ki, iri məbləğdə cərimə verəcək, ya da sürücülük vəsiqəsini əlindən alacaqlar.

Bundan sonra da sürücü günahkarcasına verəcəyi rüşvətin məbləğini danışmaq üçün fürsət gözləyir. Adətən bu, 20 dollar civarında bir məbləğ olur.

Moskvada AzadliqRadiosunun müxbiri ilə söhbətdə sürücü Vladimir Maltsev demək olar hər gün bu ssenari ilə rüşvət verməyə məcbur olduğunu deyib.

Həm də kiçik sahibkar olan Maltsev bildirir ki, təkcə yol polisi deyil, az qala bütün hökumət idarələri rüşvətlə işləyir. Elə bu yaxında vergi rəsmiləri onun bank hesabını bağlayıblar. Onların tələb etdikləri sənədləri düzəltməyə gedəndə günlərlə qapı arxasında gözləsə də bir nəticə hasil olmur. Amma kiməsə pul verən kimi hər şey yoluna düşür. Ona görə də hesabı bağlanmasın deyə sahibkar mümkün olan hər yola əl atmalı olur.

PREZİDENT RUŞVƏTİN MƏBLƏĞİNİ QALDIRDI


Rusiyada rüşvət sanki bir sistemdir. Tələbələr müəllimlərinə, xəstələr həkimlərinə, ailələr övladlarını əsgərlikdən yayındırmaq üçün hərbi komissralıqlara pul verirlər.

Dmitri Medvedevin seçki kampaniyasının əsas vədlərindən biri ölkədə korrupsiyanın ləğvi idi. O və başqa məmurlar gəlir və əmlakları haqqında bəyannamə də veriblər.

Amma bu bəyannamədə yazılanların həqiqiliyinə çox ciddi şübhələr var. Məsələn, mərmər örtüklü malikanədə yaşayan, dəbdəbəli həyat sürən Çeçenistan prezidenti Ramzan Kadırov bəyannaməsində yazıb ki, bir kiçik mənzili və bir də «Lada» markalı maşını var.

İndi Rusiyada belə fikirlər var ki, Medvedevin korrupsiya ilə mübarizəsi yalnız rüşvət kimi alınan pulların məbləğini artırıb. Hətta, hökumətin öz araşdırmalarına görə, son bir ildə rüşvət olaraq alınan pulun orta məbləği 32 min dollara qalxıb.

Rəsmilər Rusiyada illik korrupsiya dövriyyəsinin 300 milyard dolları keçdiyini bildirirlər.

«Transparency International» Beynəlxalq Şəffaflıq Təşkilatı son hesabatında korrupsiyanın vəziyyətinə görə Rusiyanın 180 ölkə arasında 146-cı olduğunu qeyd edir.

İndi sual odur ki, cəmiyyəti heç olmasa bir az da olsa korrupsiyadan necə müdafiə etmək olar?

HEÇ OLMASA BİR AZ…

Sosioloq Lev Qudkov hesab edir ki, bu, yalnız Rusiyada ölü vəziyyətdə olan mənəvi mühiti sağlamlaşdırmaqla mümkündür. Başqa sözlə, ruslar korrupsiyanın onların maraqlarına uyğun olmadığını başa düşməlidirlər:

- Bu, maşının benzini, yağı kimi bir şeydir. Onsuz sistem hərəkət edə bilməz.

Qudkovun fikrincə, korrupsiya ilə yalnız insanların maraqları nəzərə alınmaqla aparılan mübarizə bir nəticə verə bilər. Əks halda, heç kim öz gəlir yerini hansısa quru sözdəki korrupsiya mübarizəsinə qurban verməz.
XS
SM
MD
LG