Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

Ermənistanda korrupsiyanın səviyyəsi Monqolustanla eynidir


Bu il dünyanın 180 ölkəsindən 129-da korrupsiya indeksi 5-dən aşağı olub
Bu il dünyanın 180 ölkəsindən 129-da korrupsiya indeksi 5-dən aşağı olub
Ermənistanda bu il korrupsiyanın səviyyəsi Boliviya, Efiopiya, Qazaxıstan, Monqolustan və Vyetnamla təxminən eynidir. Bu ölkələr «Transparency International»ın hesablamasına əsasən, 120-125-ci yerləri bölüşürlər.

«Ötən illə müqayisədə korrupsiya göstəricisində əhəmiyyətli dəyişiklik olmayıb».

Təşkilatın Ermənistandakı nümayəndəliyinin rəhbəri Amaliya Kostanyan belə deyir.

«Bu il Ermənistanın balı 2.9-dan 2.7-ə enib. Adətən göstəricinin 0.3 qədər dəyişməsi əhəmiyyətli hesab olunmur. 2003-cü ildən Ermənistan durğunluq vəziyyətindədir və hər hansı əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb».

«Transparency International» təşkilatının məlumatına əsasən, bu il dünyanın 180 ölkəsindən 129-da korrupsiya indeksi 5-dən aşağı olub. 5-dən yuxarı yalnız 48 ölkədə müşahidə olunub. Keçmiş sovet ölkələri arasında təkcə Estoniyada bu göstərici 6.6-ya çatıb.

Regionda isə ən yaxşı vəziyyət Türkiyə və Gürcüstandadır. Azərbaycan 143-cü yerdədir. Ötən illə müqayisədə bu il Azərbaycanda vəziyyət az da olsa yaxşılaşıb - 0.4 ballıq yüksəliş var. İran 168, Rusiya 149-cu yerdədir.

«Transparency International-Ermənistan» təşkilatının icraçı direktoru Varujan Oktanyan:

«Regionda Ermənistan 3-4-cü yerlərdədir. Baltik ölkələrini götürsək, bizim ölkə 6-7-ci yerdədir. Ötən ilin məlumatlarında Ermənistan Moldova ilə 2-3-cü yerləri paylaşırdı».

Sual oluna bilər ki, bu araşdırmanın, onu ictimailəşdirməyin əhəmiyyəti nədir? Hökumətlər açıqlanan bu məlumatları nəzərə alırlarmı?

Amaliya Kostanyan deyir ki, təşkilat nəinki ictimaiyyətin, eləcə də sahibkar və ekspertlərin münasibətini tədqiq edir:

«Hər hansı dövlət bu göstəriciləri nəzərə almırsa belə, beynəlxalq təşkilatlar donor proqramlarını həyata keçirərkən, kredit verərkən ondan istifadə edir».
XS
SM
MD
LG