Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:41

Prezident Adminstrasiyasının şöbə müdirindən ABŞ və Qərbə kəskin ittihamlar


«ABŞ bu sorğu üzərinə çox ciddi düşünməlidir»
«ABŞ bu sorğu üzərinə çox ciddi düşünməlidir»
«Azərbaycan torpaqlarını işğal edən Ermənistan və Dağlıq Qarabağa maddi və mənəvi dəstək göstərməsinə baxmayaraq, ABŞ-ın Azərbaycana hər hansı ciddi dəstəyi gözə çarpmır. Əksinə Azərbaycan davamlı olaraq insan hüquqları və digər məsələlərdə Qərb tərəfindən qınanılır».

Noyabrın 20-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun Cənubi Qafzada təhlükəsizliyə maneələr mövzusunda Bakıda keçirdiyi beynəlxalq konfransda çıxış edən Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə deyib.

O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində öz mövqeyini sona qədər müdafiə edəcək və rəsmi Bakıya hər hansı formada təzyiq göstərməyə ehtiyac yoxdur:

«Həm ölkə daxilində, həm də xaricdə bildirirlər ki, əgər Azərbaycan demokratik islahatları daha sürətlə həyata keçirsəydi, Qərbin münasibəti daha fərqli olacaqdı. Mən bu dəyərləndirməni doğru saymıram. Çünki əlimizdə yüzlərlə başqa faktlar var. Elə götürək Əfqanıstanla bağlı son günlər baş verən məsələləri. Dünya birliyi, 27 dövlətin prezidenti bir araya gəlib, Əfqanıstana yardımdan danışır, ancaq Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı belə sərt mövqe ortaya qoyulmur. Deyək ki, Dağlıq Qarabağın ərazisi ilə bağlı mübahisə var. Bəs Qarabağın ətrafındakı 7 rayon? Niyə dünya birliyi Ermənistanın bu torpaqları işğaldan dərhal azad etməsini tələb etmir?».

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə sazişə toxunan Məmmədov deyib ki, çox zaman Qərb diplomatları deyirlər ki, hər hansı məsələləri müzakirə etməyə onların imkanları və vaxtları yoxdur:

«Ancaq onlar sərhədlərin açılması ilə bağlı heç gözlənilmədən Sürixdə toplaşdılar və çox yüksək səviyyədə bu protokollar imzalandı».

Bolqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinə toxunan şöbə müdiri deyib ki, Qərb, xüsusən ABŞ mətbuatı hətta bu məsələ ilə Dağlıq Qarabağ münaqişəsindən daha çox, daha ciddi maraqlanmağa başlayıb. O, faktiki olaraq bunu Azərbaycana təzyiq vasitəsi hesab edib.

N.Məmmədov Qərb diplomatlarını Azərbaycanla bağlı ciddi düşünməyə çağırıb. Onun sözlərinə görə, Azərbaycan Şərqlə Qərb, islam dünyası ilə xristian dünyası arasında ciddi vasitəçi rolunu oynaya bilər.

N.Məmmədov bildirib ki, ərəb ölkələrində BBC-nin keçirdiyi sorğuda hər 10 vətəndaşdan 8-i Amerikaya nifrət etdiyini söyləyib:

«ABŞ bu sorğu üzərinə çox ciddi düşünməlidir».
XS
SM
MD
LG