Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

Ukraynada 200 mindən çox adam qripə yoluxub


Ukraynada donuz qripindən ölməsi ehtimal olunanların sayı 67 nəfərə çatıb. Ölkənin Səhiyyə Nazirliyi deyib ki, 255 min nəfər qrip şikayəti ilə müraciət edib, onlardan 15 minini artıq xəstəxanalara yerləşdiriblər, 170-nin vəziyyəti ağırdır.

Qripə yoluxanlar daha çox ölkənin qərbində, Polşa, Slovakiya, Macarıstan və Rumıniya ilə sərhəddə yaşayanlardır.

Dünya Səhiyyə Təşkilatı bildirib ki, Ukraynada donuz qripi ocağının alovlanması ilə bağlı fakt yoxdur, amma artıq bu ölkəyə yardım qrupu göndəriblər.
XS
SM
MD
LG