Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Ötən həftə bloqlarda nə diqqəti çəkib...


Bayraq böhranı bloqçuların da diqqətindən qaçmayıb
Bayraq böhranı bloqçuların da diqqətindən qaçmayıb
Bursada Azərbaycan bayrağının zibil qutusuna atılması bloqçuların da müzakirəsinə səbəb olub. Məsələn, Journaleast sual edir ki, nəyə görə ömrü boyu boynubükük olan, səsi çıxmayan insanlar indi bayraq məsələsinə görə belə aqressiv olmağa başlayıb? Bloqçu bayraq davası edənləri «Saxta bayraqdarlar» adlandırır:

«Nədir bu «Hoydu, hoydu», bu qədər insan niyə özünə əl atıb? Belə bayraq sevdalısıdırlar? Boş sözlərdi. Saxta bayraqdardırlar. Saxtakarlardırlar. Ömür boyu boynubükük, səsi çıxmayan insanlar nə oldu birdən belə aqressivləşdilər? Bəs əvvəllər niyə belə aqressiv çıxış eləmirdilər? Hüquqları pozulan insanlar üçün, şərlənib həbsə salınanlar üçün, azad toplaşmaq, etiraz etmək hüququ pozulub döyülən insanlar haqqında niyə belə aqressiv reaksiya vermirlər? Bu cür hadisələrdə azmı bayraq cırılıb? Həm də özümüzünkülər tərəfindən. Bayrağı bayraq edən bu ölkənin vətəndaşlarıdır. Bu insanlar bayraq üçün şəhid olacaq. Onlara qiymət verməyənlər bayrağın qədrini necə bilir?

Bundan sonra da sözü olan saxta bayraqdarlardan soruşuram, hansınızın oğlu döyüş bölgəsində qulluq edib? Əgər edibsə! Hansınız öz övladını bayrağa bükülü görməkdən şərəf duyar?».

AZƏRBAYCANLILAR ÇAK NORRİSƏ NƏ ZAMAN ÇEVRİLİR?

Şeytana simpatiyası olan bloqçu da yazır ki, «azərbaycanlılar haqda tənqidi danışanda, yaxşı halda səsini kəsməyi və Böyük və Şöhrətli xalqı təhqir etməməyi məsləhət görürlər. Bunu güclü dövlətin nümayəndəsi edəndə nə baş verir? Ehtimalın doğrudur – heç nə. Hamı qulaqlarını örtməyə, heç bir şeyi eşitməməyə çalışır. Daha proqressivlər isə iPod-un qulaqcıqlarını qulağına keçirir, digərləri karlıq nümayiş etdirirlər.

Bizim Şöhrətli və Cəsur polisin müxalifətin yürüşünü dağıdandan sonra bayrağın üstündə tvist oynaması qəbul ediləndir, amma Türkiyə hökuməti və FİFA bayrağımızı bir oyuna gətirməyi qadağan edəndə - hamı Çak Norris olur və yumruqlarını işə salmağa hazır vəziyyətdə olurlar».

«FƏNƏRBAXÇA», «QALATASARAY» İSTERİYASI HƏYATIMIZI QARALTDI

Doktorravik isə Azərbaycanla Türkiyə arasında münasibətləri gənclərin sevgi-məhəbbət tarixçələrinə bənzədir:

«Bizim romantik gənclər kimi, azərbaycanlılar da türklərə vurulmuşdular. Sevirdilər. Nahaq yerə deməyiblər ki, məhəbbətin gözü kordur. Fikir vermisinizsə, Azərbaycan və azərbaycanlılar həmişə özündən daha güclü sevgili tapir...Azerbaycanlılar da türklərə vuruldular. Bu dostluğun şərəfinə dönərlər yeyildi, ayranlar içildi. Qazı su qiymətinə türklərə satdılar. «Fənərbaxça», «Qalatasaray» isteriyası həyatımızı qaraltdı. Türk məscidlərindən azan səsi gəldi. Azərbaycanlılar nefti, qazı, rusun vaxtından qalmış metalları, zavodların dəzgahlarını, üstəlik qadınları türklərə göndərdilər. Dostluq qızışdı. Azərbaycanlılar siyasətdə dostluq, qardaşlıq, sevgi-məhəbbət olmadığını çox gec xatırlayırlar».

TİNA KAYDANOUYA NƏ DEDİM...

İlqar Məmmədov bloqunda yazır ki, ABŞ Dövlət katibinin yardımçısının müavini Tina Kaydanou ilə görüşəndə ona iki əsas məsələ barədə danışıb: «1. Azərbaycan toplumunda İstiqlal günündən bu tərəfə ilk dəfə xarici siyasətə dair açıq və fundamental fikir ayrılığının yaranmasını. 2. Azərbaycanda dəyişikliyin haradan gələcəyini. Dedim ki, Türkiyə-Ermənistan protokolları məsələsində ilk dəfədir Azərbaycanın ictimai fikri bölünüb».
İlqar Məmmədov yazır ki, «heç kimsə Azərbaycanda dəyişikliyin hakimiyyət daxilindən gələcəyinə ümidli olmamalıdır. Belə sistemlərdə bu mümkün deyil. Dəyişiklik, sistemdən kənar, geniş sosial dairələrə təsir göstərən mənəvi nüfuz sahibindən gələcək...»

«FACEBOOK» YA «ODNOKLOSSNİK»?

Raufray öz bloqunda sorğu keçirib ki, Azərbaycanda internet istifadəçiləri əsasən hansı şəbəkələrin üzvüdür. Məlum olub ki, Azərbaycanlı istifadəçiləri arasında «Facebook» və «Odnoklassniki» liderdir.

91 səslə «Facebook» 1-ci yerə, «Odnoklassniki» 50 səslə ikinci yerə çıxıb.

P.S. «Facebook» sosial şəbəkəsinin oktyabr ayının 2-dən rəsmən Azərbaycan dilində versiyası təqdim edilib.
XS
SM
MD
LG