Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Jurnalistin ölümü ilə bağlı cinayət işinin başlanması rədd edilib


Novruzəli Məmmədov
Novruzəli Məmmədov
«Nizami Rayon Prokurorluğu «Talışi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı cinayət işinin başlanmasını rədd etsə də, aparılan araşdırma ilə bağlı sənədlər müdafiə tərəfə verilmir».

Bunu AzadlıqRadiosuna müsahibəsində N.Məmmədovun vəkili Ramiz Məmmədov deyib:

«Prokurorluğun açıqlamasında ölüm halının araşdırılmasının obyektivliyi, N.Məmmədovun baş beynin işemik infarktından dünyasını dəyişdiyi bildirilir. Bu səbəbdən də faktla bağlı cinayət işinin başlanması rədd edilib. Ancaq təkidlərimizə baxmayaraq araşdırma ilə bağlı heç bir sənədi bizə təqdim olunmur».

N.Məmmədov avqustun 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində vəfat edib. O, dövlətə xəyanətdə, milli, irqi, dini düşmənçiliyi yaymada ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
XS
SM
MD
LG