Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:41

Xarici İşlər Nazirliyi qarşısında aksiyaya cəhd olub


İki nəfərə aksiyanın qətnaməsini nazirliyə təqdim etməyə icazə verildi
İki nəfərə aksiyanın qətnaməsini nazirliyə təqdim etməyə icazə verildi
Sentyabrın 24-ü saat 12-də Demokratiya Uğrunda İttifaq və Qarabağ Azadlıq Təşkilatının bir qrup fəalı Xarici İşlər Nazirliyi qarşısında aksiya keçirməyə cəhd etdi. Polis bunun qarşısını aldı və bir neçə nəfər saxlanaraq hadisə yerindən uzaqlaşdırıldı.

Bununla yanaşı iki nəfərə aksiyanın qətnaməsini nazirliyə təqdim etməyə icazə verildi.

Millət vəkili Pənah Hüseyn jurnalistlərə etirazlarının səbəbini belə açıqladı:

Millət vəkili Pənah Hüseyn: «Biz Madrid prinsiplərinə etiraz edirik»
«Biz Madrid prinsiplərinə etiraz edirik. Hesab edirik ki, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində əməli addımlar atılmalıdır. Hakimiyyət ya bunu etməli, ya da istefa verməlidir».

Təşkilatçılar piketi razılaşdırmaq üçün əvvəlcədən Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişdilər. Ancaq şəhər rəhbərliyi aksiyaya icazə verməmişdi.

Ölkə rəsmiləri hazırda danışıqların Madrid prinsipləri əsasında aparıldığını bildirirlər. Rəsmi Bakı bəyan edir ki, bu prinsiplər münaqişənin mərhələli həllini özündə ehtiva edir.
XS
SM
MD
LG