Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Məhbusların sayı firavanlığın göstəricisi kimi


ÜDM-İN ARTIMI İNSANLARIN DAHA YAXŞI YAŞADIĞINI GÖSTƏRMİR !

Ümumi daxili məhsulun (ÜDM) həcmi ölkənin inkişafının və insanların firavanlığının göstəricisi ola bilməz və olmamalıdır ! Fransa Prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə məsələni araşdıran iqtisadçılar belə qənaətə gəliblər.

Fransız iqtisadçıları bu fikirlərində tək deyillər, Nobel mükafatı lauratı Yozef Stiqlitz də eyni fərziyyəni irəli sürür. Onun rəhbərliyi ilə işləyən qrup konkret misallar gətirərərk sübut etməyə çalışır ki, hər hansı bir ölkədə ÜDM artımı heç də həmişə əhalinin rifah tərzinin yaxşılaşmasına dəlalət etmir

ARAYIŞ

Ümumi daxili məhsul (ÜDM) - hər hansı bir ölkədə müəyyən bir dövr ərzində istehsal olunan məhsulun , göstərilən xidmətlərin hamısının bir yerdə cəmi dəyəridir.

Loru dildə desək, hansısa xarici şirkət Azərbaycan neftini satıb 2 milyard pul qazanırsa, Azərbaycana ondan cəmi 2 milyon düşürsə belə - ÜDM 2 milyard dollar alır.

Həmin cəmin ölkə əhalisinin sayına bölünməsindən isə Adambaşına düşən milli gəlir hesablanır: (ÜDM/ əhalinin sayı = Adambaşına gəlir). Pulu kimin qazanmasından asılı olmayaraq, ÜDM əhalinin sayına bölünür.

Müəyyən il üçün ÜDM-dən əvvəlki ilə olan ÜDM-in həcmi çıxılır. Qalan rəqəm isə faizlərlə artım tempini göstərir.

BƏDBƏXTLİK GƏTİRƏN AMİLLƏR DƏ ÜDM-İ ARTIRA BİLİR

Ancaq ÜDM-in artımı ölkədəki hər şeyin göstəricisi ola bilərmi? Yozef Stiqlitzin araşdırmasına görə, xeyr!. Çünki, bir çox inkişafdan geri qalmanın göstəricisi olan məqamlar var ki, əksinə ümumdaxili məhsulun həcmini qaldıra bilir.

Məsələn, həbsdə olan adamların sayı nə qədər artırsa, onların saxlanmasına çəkilən xərclər də artır- yəni ümumdaxili məhsul da artır.

Əgər ölkədə tıxacların sayı artır və maşınlar daha çox müddətə tıxacda ilişib qalırsa, daha çox benzin yandırırlar, daha çox xərcləməyə məcbur olurlar, bu da ümumdaxili məhsulun həcmini artırır.

Adicə bahalanma da – ümumdaxili məhsulun həcmini və uyğun olaraq artım tempini qaldırır.

Parisdəki iqtisadiyyat elmləri institutundan Jan Pol Fitussi:
"Paris yollarındakı tıxacların ÜDM-i artıması doğrudurmu? Yanğınların ÜDM-i artırması doğrudurmu? Insanların daha kobudlaşması və zorakılığın artmasının ÜDM-i artırması doğrudurmu? Bəli, bütün bu sualların cavabı eynidir - Bəli !"

Bu yanğın ölkənin Ümumi Daxili Məhsulunu (ÜDM) artırır, fəlakət nəticəsində vətəndaşların itirdikləri isə ÜDM-də qeydə alınmır

Məhz bu cür misallar üzündən Fitussi deyir ki, ÜDM insanların daha yaxşı yaşadığını göstərə bilməz. Və fərqli hesablamaya ehtiyac var.

"Heç kim deyə bilməz ki, sadaladığım hallar firavanlığı artırır. Biz ÜDM-lə hər şeyi ölçmək istəyirik – uğurları, firavanlığı, həyatın keyfiyyətini. Bu düzgün deyil".

FİRAVANLIĞI NEÇƏ ÖLÇMƏLİ ?

Araşdırma müəllifləri təklif edirlər ki, insanların doğrudan da necə yaşadığını rəqəmlərlə göstərmək üçün istehsal və bazar münasibətləriylə bağlı olmayan fəaliyyətləri də ölçülməlidir.

Məsələn onların tibbi sığortaları, yaxşı səhiyyə xitmədi və keyfiyyətli təhsil alma imkanları, asudə vaxtlarını necə keçirmələri, dincəlməyə xərcləyə bildikləri pul, ətraf mühitin vəziyyəti, ev işlərinə xərclənən vaxt və pullar və s.

Çünki, məsələn, adicə ev işləri misalında görmək olar ki, daha varlı ölkələrdə yaşayan daha imkanlı adamlar evi yığışdırmaq, qab yumaq, uşağa baxmaq kimi işləri görmək üçün də başqalarını tuta bilirlər.

YENİ ÖLÇÜ SİSTEMİ DÜNYA LİDERLƏRİNİN MÜZAKİRƏSİNƏ ÇIXARILIR

Bu aradırmanı da diqqətə alan Frnasa prezidenti Nikola Sarkozi bildirib ki, dünya dövlətlərinin yeni iqtisadi statistika sisteminə ehtiyacı var. Fransa prezidenti bu məsələni G20-nin, Dünyanın iqtisadiyyatı ən çox inkişaf edən 20 dövlətinin bu il Pitsbuqrda keçiriləcək sammitində müzakirəyə çıxarmağı və yaxın illərdən tətbiq edilməsini planlaşdırıb. Və indi dünya alimləri və iqtisadçılar da ciddi şəkildə yeni sitemə keçilməsini dəstəkləyirlər.

Yeni sistem Fransa kimi ÜDM-in artım tempi Azərbaycan, Qazaxstan kimi ölkələrdən aşağı olan, ancaq inkişaf eləmiş, normal yaşayan cəmiyyətləri olan dövlətlərə sərf edəcək.

YERİ GƏLMİŞKƏN...
AZƏRBAYCAN DAHA ÜDM REKORDÇUSU DEYIL

Azərbaycanın Ümumi Daxili Məhsulun artım tempinə görə rekordçu olduğu vaxtlar geridə qalıb desək, daha düzgün olar.
Çünki Dövlət Statistika Komitəsinin özünün açıqladığı rəqəmlər belə deyir. Düzdür, komitə 2009-cu ilin ilk 6 ayı üçün hesabatında bunu bir qədər fərqli dillə təqdim edib.

Həmin rəqəmlərə görə, bu ilin ilk yarısında ölkədə ümumdaxili məhsul istehsalı 14 milyard 287 milyon manat olub.
Ötən ilin eyni dövründə ölkədə 21 milyard 345 milyon manatlıq ümumdaxili məhsul istehsal edilmişdi.

BU İLİN İLK YARISINDA ÜDM 33 FAİZ AZALIB

Yəni, 2009-cu ilin ilk yarısında ümumdaxili məhsul ötən ilə nisbətən 33 % azalıb.

Amma, Statistika Komitəsi bu azalmanı da başqa cür tədim edir. Komitə və ona istinadən bu məlumatı yayan media orqanları bildiriblər ki,-
Sitat: “iqtisadi artımla bağlı rəqəmlərdə yaranan fərq istehsla olunan məhsulun, xüsusilə də neftin qiyməti ilə bağlıdır. Yəni, əslində bu il istehsal olunan məhsulun həcmi ötənilkindən artıqdır. Əgər bu il neftin qiyməti ötənilki kimi olsaydı artım 3,6 % təşkil edərdi.”
XS
SM
MD
LG