Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

776 milyon yeniyetmə yazıb-oxuya bilmir


75 milyon uşaq məktəbə getmir və hətta məktəbə getməyə başlayanlar arasında təhsilini dayandıranların sayı həddindən artıq çoxdur
75 milyon uşaq məktəbə getmir və hətta məktəbə getməyə başlayanlar arasında təhsilini dayandıranların sayı həddindən artıq çoxdur
«Çoxu qadın olmaq şərti ilə təxminən 776 milyon yetkinlik yaşına çatmış insan yazıb-oxumaq və hesablamaq bacarığına malik deyil. 75 milyon uşaq məktəbə getmir və hətta məktəbə getməyə başlayanlar arasında təhsilini dayandıranların sayı həddindən artıq çoxdur».

BMT baş katibi Ban Ki Munun Beynəlxalq Savadlılıq Günü müraciətində belə deyilir.

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günü kimi qeyd olunur.

Baş katibin müraciətində bildirilir ki, bu il əsas diqqət savadlılığın ümumi səviyyəsini artırmağa yönəldiləcək.

«Savad həyat səviyyəsinin yüksəlməsi, cəmiyyətdə lazımi qərarların qəbulunda iştirak, sağlamlıq və digər zəruri məlumatların əldə olunması üçün insanlara əvəzsiz imkanlar verir. Savad hər şeydən əvvəl şəxslərə bir vətəndaş və ən adi bir insan kimi öz hüquqlarından istifadə etməyə imkan yaradır».
XS
SM
MD
LG