Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:31

Naxçıvanın Konstitusiyası dəyişdirildi


Naxçıvan MR Ali Məclisi
Naxçıvan MR Ali Məclisi
İyulun 30-da keçirilən Naxçıvan MR Ali Məclisinin 3-cü çağırış 7-ci sessiyasında müxalifətdən olan yeganə deputat Zahid İsmayılov sessiyanın içində iştirak etmədi.

Deputatın «Azadlıq» radiosuna verdiyi məlumata görə hər sessiyadan öncə Muxtar Respublika Mərkəzi Seçki Komissiyası deputatlara sessiyada iştirakla bağlı xəbərdarlıq edir. Bu sessiyada ona belə bir məlumat verilmədiyindən məsələyə aydınlıq gətirmək üçün deputat MSK ilə özü əlaqə saxlayıb və öyrənib ki, sessiyaya dəvət edilməyib.

Zahid İsmayılov bir müddət əvvəl məmur özbaşınalığına etiraz əlaməti olaraq mandatını geri qaytarıb.

Beləliklə, müxalifətsiz keçirilən sessiyada əvvəlcədən gündəliyə salındığı kimi Naxçıvan MR Konstitusiyasına dəyişiklik və əlavələr edilərək Azərbaycan Respublikası Konstitusiyasına uyğunlaşdırılıb. Bu dəyişikliklərə məhkəmə hakimiyyətinin həyata keçirilməsi, şəxsi toxunulmazlıq hüququ və digər bəndlər daxildir.

Sessiyada Naxçıvanda Vəkillər Kollegiyasının işinin tənzimlənməsi məqsədilə Naxçıvan MR Qanununa da əlavələr edilib.

Naxçıvan MR Ali Məclisində 45 deputat təmsil olunur. Ali Məclisin sessiyaları ildə adətən 2-3 dəfə keçirilir.
XS
SM
MD
LG