Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Qoşunların çıxması gündəlikdədir


Prezidentlərin sonuncu görüşü, Moskva – 17 iyul 2009
Prezidentlərin sonuncu görüşü, Moskva – 17 iyul 2009
«Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan desə də ki, Moskvada hər hansı bir torpağın Azərbaycana qaytarılması müzakirə olunmayıb, erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması gündəlikdədir.

Moskvadakı Qarabağ danışıqlarında ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasının spesifik məqamları müzakirə olunub. Hətta o da müzakirə olunub ki, münaqişə zonasına hansı sülhməramlı qüvvələr yerləşdirilsin.

Erməni tərəfi təkid edir ki, ermənilər çıxanda sülhməramlı kimi Rusiya qoşunları gəlsin. Azərbaycan buna razı deyil. Azərbaycan Türkiyə qoşunlarının gəlməsini istəyir».

Bunu «Jamestown Foundation» yazır. Bu təşkilat öz yazdığı kimi Amerikanın strateji və taktiki marağında olan siyasi təmayüllər haqda təhlillər verir.

Ermənistanın «Noyan Tapan» agentliyi isə Serj Sarkisyanın Avropa Birliyi üçlüyü ilə görüşdə dediyini sitat gətirir. Ermənistan prezidenti İsveçin xarici işlər naziri Karl Bildtin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşəndə deyib: «Siz bilirsiniz ki, biz baza prinsiplərini Madrid prinsiplərindən ayrı müzakirə edirik. Əsas məsələ Dağlıq Qarabağın statusudur».

Sarkisyanın dediyi Minsk qrupunun iyulun 21-də verdiyi bəyanatla səsləşir. Bəyanatda deyilir ki, Minsk qrupu iyulun axırlarında Madrid prinsiplərinin yeniləşmiş versiyasını hazırlayacaq.

Ermənistan müxalifəti isə indiki danışıqların uğuruna inanmır. Deyir ki, bunlar hamısı baş qatmaqdır. Demokratik partiyanın lideri Aram Sarkisyan Yerevanda mətbuat konfransında deyib ki, «indiki formatda danışıqların perspektivi yoxdur. Səbəb sadədir - mövqelər qütbləşib, arada inam yoxdur.

Belə inam atmosferi yaranmamış, görülən işlərin hamısı oyundur. Hər görüş bəyanatla bitir ki, gələn görüşə zəmin yaradılıb. Bu, on illərlə davam edə bilər».

Bəs inam mühiti necə yaradıla bilər? Aram Sarkisyan təkid eləyir ki, əvvəlcə iqtisadi kontaktlar, iqtisadi inteqrasiya olmalıdır.

Sarkisyan xəbərdarlıq edib ki, 10 ildən çoxdur ki, dəyişməz qalan vəziyyətdə kəskin dəyişiklik münaqişənin hər iki tərəfində problemlər yaradacaq.
XS
SM
MD
LG