Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:54

«Fərda Qədirov Bakı metrosunda terrora hazırlaşırmış»


Bakı Metropolitenin rəisi Tağı Əhmədov
Bakı Metropolitenin rəisi Tağı Əhmədov
«Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın etmiş Fərda Qədirovun törədiyi cinayət hadisənin izi Bakı metrosunun kameralarından tapılıb. Bu adamın neçə dəfə metroya girib, nəyə cəhd etdiyi kameralarda əksini tapıb». Bu barədə Bakı Metropolitenin rəisi Tağı Əhmədov bildirib.

O deyib ki, Fərda Qədirov həmin hadisədən əvvəlki iki gün ərzində metrodan istifadə etməyib. Tağı Əhmədovun sözlərinə görə, hadisədən sonra cinayətkarın cibindən tapılan metro kartı vasitəsilə onun hansı stansiyaya girib-çıxdığı məlum olub. Lakin metropoliten rəisi həmin stansiyaların adlarını açıqlamayıb.

Tağı Əhmədov qeyd edib ki, metroda kamera qeydləri uzun müddət arxivləşdirilir və saxlanılır. Bu isə metroda baş verə biləcək hadisələrin kim tərəfindən və necə törədildiyini müəyyənləşdirmək üçün çox ciddi vasitədir. O, Fərda Qədirovun törətdiyi silahlı basqının təkcə ADNA deyil, metroda da planlaşdırıldığını istisna etməyib.

«Yəni terror hadisəsi metroda da törədilə bilərdi. Çünki metroda əhalinin sayı daha çoxdur. Ona görə də cinayətkar metrodan bir neçə dəfə istifadə edib, görüb ki, bu iş metroda alınmayacaq. İstər metroda polisin ayıq-sayıqlığı, istər kameraların olması üzündən o planlarını başqa səmtə yönəldib» – deyə, Tağı Əhmədov bildirib. Məlumatı «Lent.az» yayıb.

Aprelin 30-da Neft Akademiyasında 12 nəfər öldürülüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən Fərda Qədirov da özünü öldürüb.
XS
SM
MD
LG