Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:41

Dünya Bankı Azərbaycanın gəlirlərinin daha da azalacağını gözləyir


Qiymətlərin düşdüyünü görən braziliyalı maliyyə işçisi, 17 sentyabr 2008
Qiymətlərin düşdüyünü görən braziliyalı maliyyə işçisi, 17 sentyabr 2008
Dünya Bankının iyunun 22-də yayılan hesabatında dünyanın yavaş inkişaf dönəminə girdiyi deyilir. Banka görə bu vəziyyət maliyyə sisteminə daha diqqətli və keyfiyyətli nəzarət olunmasını diqtə edir.

Dünya Bankı bu il inkşaf etməkdə olan ölkələrdə iqtisadi inkişafın 1.2 % olacağını təxmin edir. Bu göstərici 2007-ci ildə 8.1%, 2008-ci ildə 5.9% olmuşdu.
Hesabata görə, Azərbaycanın da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda 2009-cu ildə ümumi daxili məhsulun (ÜDM) 4.7 % düşəcəyini, 2010-cu ildə 1.6 % artacağını gözləyir.

Dünya Bankı neft satan ölkələrin böhrandan daha çox ziyan çəkdiklərini bildirir. Hesabata görə Konqo Respublikası, İran İslam Respublikası və Azərbaycan neftin qiymətindən daha çox gəlir itirən ölkələrdir:

“2008-ci ildə iki ölkənin xaricə satdığı malların ümumi həcmi aldığından nəzərəçarpan qədər çox olub. Azərbaycanın öz ÜDM-nin 38%, Özbəkistan isə 16.2%-i qədər mal satıb. Amma 2009-cu ildə xaricə satılan malların Azərbaycanda ÜDM-nin 10.3%-ni, Özbəkistanda isə 11.8%-i qədər olacağı gözlənir”.
WB Global Development Finance

Dünya Bankının hesabatında həmçinin qeyd edilir ki, dünyada maliyyə vəziyyəti-nin pisləşməsi qarşıdakı aylarda MDB-yə üzv olan bütün ölkələrdə özünü malların qiymətinin ucuzlaşmasında göstərəcək. Və ümumilikdə regionda maliyyə çatışmazlığı davam edəcək.

Neftin qiymətinin düşməsindən qazanan-lar da var. Bankın hesabatına görə nefti kənardan alan inkişaf etməkdə olan ölkələrin gəlirləri onun qiymətinin az olmasına görə azı 1.2% artıq olub. Bu sırada hesabatda İordaniya, Qırğızıstan və Nikaraqua kimi ölkələrin adları çəkilir.

Bir qədər əvvəl Btitaniyada yerləşən və təhlillərlə məşğul olan «Economist Intelligence Unit» təşkilatı da Azərbaycanda iqtisadi vəziyyət haqqında pessimist hesabat yaymışdı.
XS
SM
MD
LG