Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:44

Virus istənilən anda dəyişə və daha təhlükəli ola bilər


Dünyada 30 min adam «donuz qripi» virusuna yoluxub
Dünyada 30 min adam «donuz qripi» virusuna yoluxub
«İyunun 11-də Ümumdünya Səhiyyə Təşkilatı «donuz qripi»nin pandemiyasını elan etdi. Hazırda «donuz qripi» 74 ölkəyə yayılıb və pandemiya halı alıb. Verilən məlumata görə dünyada 30 min adam bu virusa yoluxub. Lakin bəzi tibb ekspertləri daha çox insanın yoluxduğunu iddia edirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Marqret Çən deyir ki, virusun bundan da artıq insanı yoluxdurması qaçılmazdır».

«Nyu-York Times»da dərc olunmuş Donal McNeyl və Denis Qreydinin «Ekspertlər üçün pandemiya reallığı əks etdirir» adlı yazısında belə deyilir.

Yazıda bildirilir ki, bu bəyanat heç də o demək deyil ki, xəstəlik daha pis mərhələyə keçib. «Donuz qripi»nin pandemik halı onun sadəcə coğrafi olaraq yayılması deməkdir, onun daha təhlükəli olması demək deyil.

Doktor Çən deyir ki, qlobal olaraq bunun pandemik olmasını elan etmək üçün onların ciddi səbəbləri var. İndiyə qədər dünyada donuz qripindən 144 adam ölüb.

Məqalədə yazılır ki, pandemiya həyəcanını 5-ci fazadan ən yüksək faza olan 6-cıya keçirmək artıq ölkələrə bu xəstəliklə bağlı tədbir görmə siqnalı vermək üçün idi. Bu həm də o demək idi ki, səhiyyə təşkilatları dərman istehsal edənlərə artıq vaksinləri hazırlamağa çağırırlar. O ümidlə ki, vaksinlər artıq sentyabra hazır olacaq. Artıq vaksin hazırlama prosesi gedir. Lakin bununla belə ÜST sərhədləri bağlamağı və səyahəti məhdudlaşıdrmağı məsləhət görmür.

Xəstəliklərə Nəzarət və Onlardan Qorunma Mərkəzinin direktoru doktor Tomas Freden deyir ki, ABŞ artıq bir müddətdir ki, 6-cı fazadadır.

Ümumdünya Səhiyyə Təşkilatıın rəhbəri Marqret Çən: «Virus ikinci dalğada geri qayıda bilər»
Doktor Çənin dediyinə görə baxmayaraq ki, «donuz qripi» bir çox insanlar üçün elə də təhlükəli olmayıb, hökumətlər bundan arxayın olmamalıdırlar. O izah edib ki, virus istənilən anda dəyişə və daha təhlükəli ola bilər. Bundan əlavə virus yaxşı qidanın əlçatmaz olduğu və AİDS-in yayıldığı kasıb ölkələrdə yayılarsa faciə ilə nəticələnə bilər. Doktor Çənin sözlərinə görə buna üçün də kömək etmə imkanı olan ölkələr bu cür yoxsul ölkələrə yardım əli uzatmalıdırlar.

Hətta inkişaf etmiş ölkələrdə belə «donuz qripi» hamilə qadınlar, uşaqlar, astma, ürək və xəstəliyi olanlar üçün faciəvi nəticə verə bilər. Doktor Friedenin dediyinə görə bu cür təhlükə qarşısında qala biləcək insanlar hərarət hiss edərlərsə və ya boğaz ağrısı və öskürək olarsa dərhal həkimə müraciət etməlidirlər.

«Nyu-York Times»də dərc olunmuş Donal McNeyl və Denis Qreydinin «Ekspertlər üçün pandemiya reallığı əks etdirir» adlı yazısında belə deyilir

Dr. Çən deyir ki, bu halların baş vermədiyi ölkələrdə indidən xəstəliyin qarşısının alınması və insanların müalicəsi ilə bağlı tədbirlər görülməlidir. O deyib ki, xəstəliyin ilkin əlamətlərinin olduğu ölkələrdə onun qarşısının alınmasına çalışılmalıdır. Meksika kimi, xəstəliyi irəlilədiyi ölkələrdə xəstəlik zəifləsə belə ona qarşı olan tədbirlər gücləndirilmiş şəkildə saxlanılmalıdır.

«Virus ikinci dalğada geri qayıda bilər», dr. Çən bildirib. «Birinci dalğanı keçirtdikdən sonra gələcəyə hazır olmalıyıq».

Xəstəliyin əvvəl Britaniya sonra İspaniya, Avstraliya və Çilidə geniş yayılmasına baxmayaraq ÜST – niyə 6-cı fazaya keçməyəcəyi barədə kəskin tənqidlərə məruz qalmışdır.

Dr.Çən bu yaxınlarda bildirib ki, onun fikrincə xəstəlik çox inkişaf edib, xüsusilə Avstraliyada təhlükə dörd dəfə artıb.
«Nyu-York Times»də dərc olunmuş Donal McNeyl və Denis Qreydinin «Ekspertlər üçün pandemiya reallığı əks etdirir» adlı yazısında belə deyilir.
XS
SM
MD
LG