Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:18

Təbrizdə 34 mindən çox təqaüdçü yoxsul şəraitdədir


Sığorta haqlarını tələb edən işçilərin aksiyası, Təbriz, mart 2005
Sığorta haqlarını tələb edən işçilərin aksiyası, Təbriz, mart 2005

Təbrizin Təqaüdlü İşçilər Cəmiyyətinin sədri Bəşir Səlimi İran prezidenti Mahmud Əhmədinejada yazdığı açıq məktubda hökumətin təqaüdə çıxan işçilərə qayğı göstərməsini tələb edib. Bəşir Səlimi 6 ay bundan əvvəl göndərdiyi müraciətində bildirdiyi kimi bu dəfə də xatırladır ki, Təbriz şəhərində hazırda 34 mindən çox təqaüdçü ailəsi yoxsulluqla üzləşib. O, təqaüdlərin artırılması, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması, eyni zamanda yaşlılar üçün tibbi yardım və sığorta xidmətlərinin genişləndirilməsinə dair İran prezidentinin dövlət təşkilatlarına göstəriş verməsini istəyib.


Başqa xəbərlərdə İranın Ərdəbil vilayətində kənd təsərrüfatının ağır şəraitdə olduğu bildirilir. Bu regionda son illərin yağış azlığından quraqlıq əmələ gəlib və hazırda Ərdəbil vilayətinin 64 kəndinin suyu maşınla başqa məntəqələrdən gətirilir. Bu yerlərin 22 min sakini artıq kəndləri tərk edərək böyük şəhərlərə köçməyə başlayıb. Vilayətin kənd təsərrüfatının suvarılması təşkilatının rəhbəri Fəramərz Behnijad bildirib ki, su təchizatının bərbad vəziyyətdə olmasına səbəb yağış azlığın ilə yanaşı, dövlətin kənd təsərrüfatı sahəsində vaxtında təbdirlər görməməsidir.


XS
SM
MD
LG