Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:42

Bu həftə İran prezidenti Azərbaycan vilayətlərinə səfərə hazırlaşır


İran prezidenti Mahmud Əhmədinejad, 26 aprel 2006
İran prezidenti Mahmud Əhmədinejad, 26 aprel 2006

Təbrizin Vəkillər Cəmiyyətinin İnsan Hüquqları Komissiyası son hadisələrdə həbs edilən 15 Azərbaycan fəallının müdafiəsini öz üzərinə götürüb. Vəkillər cəmiyyətinin sədri Doktor Həsən Fərhudiniya komissiyanın 15 nəfərdən əlavə başqa siyasi məhbusların da müdafiəsinə hazır olduğunu bildirib. Hazırda məhbusların məhkəmə işinə baxan hakimlərlə danışıqlar keçirdiyini deyən Vəkillər cəmiyyətinin nümayəndəsi bunun müsbət nəticə verəcəyindən əmindir.


Başqa xəbərə əsasən, İranın Şərqi Azərbaycan vilayətinin valisi, Məhəmmədkazım Memarzadə prezident Əhmədinejadın bu həftə mərkəzi Təbriz olan həmin vilayətə səfər edəcəyini bildirib. O, İran prezidenti və dövlət nümayəndələrinin Şərqi Azərbaycan vilayətinin 19 mahalının hamısına baş çəkəcəyi və xalq nümayəndələri ilə görüşəcəyini söyləyib. Bu İran prezidentinin kütləvi etiraz nümayişlərindən sonra Azərbaycan vilayətlərinə ilk səfəridir.


O, bu yaxınlarda İranda səfərdə olan Ermənistan prezidenti Robert Koçaryanla İrandan bu ölkəyə qaz kəmərinin çəkilməsi məsələsini müzakirə edib. Hazırda həmin kəmərin inşaatı Şərqi Azərbaycan vilayətinin Culfa mahalının Nurduz məntəqəsində davam edir. Prezident Əhmədinijadın bu tikintilərə də baş çəkəcəyi gözlənilir.


XS
SM
MD
LG