Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Siyasətin ağırlığı


İnsanlar hələ də müstəqil siyasət dövrünün bitmədiyini güman edirdilər
İnsanlar hələ də müstəqil siyasət dövrünün bitmədiyini güman edirdilər
Prezident seçkilərindən sonra belə fikir yayılmışdı ki, artıq demokratiya ilə birdəfəlik vidalaşmaq lazımdır. Amma siyasi proseslərin sonrakı inkişafı belə deməyə əsas verirdi ki, insanlar hələ də müstəqil siyasət dövrünün bitmədiyini güman edirdilər. Buradan müxtəlif nəticələr çıxarmaq olar. Ən birincisi budur ki, xüsusi fəallıq göstərməsələr də məlum olur ki, insanlar bütün hallarda siyasi və ictimai təzyiqlərə təşəbbüs göstərirlər. Tədricən demokratik siyasətin nə olduğu dərk edilməyə başlanır. Amma ölkənin siyasəti müəmmalarla doludur. Elə getdikcə ən çox narahatlıq yaradan da budur.

Amma ölkə zaman keçdikcə «mütləq qara cisim»ə bənzəyir – hər bir informasiya udulur, ancaq kənara informasiya buraxılmır. Elə bütün regionu da narahat edən bu amildir. Artıq nə vaxtdır ki, Türkiyə – Ermənistanla dialoq aparır. Azərbaycanın siyasətçiləri kənara süzülən informasiya ilə kifayətlənməli olurlar. Ona görə də bəlkə də ən yaxşı yol xarici siyasətlə bağlı adamları bir araya gəlməsi və efirdə aydınlıq yaratmaqdır, çünki artıq ekspertlər belə dəqiq informasiyaya malik deyillər, daha çox ehtimallar əsasında danışırlar.

Çox güman ki, ABŞ diplomatlarının da Cənubi Qafqazla bağlı siyasəti artıq tükənib, ABŞ daha çox öz daxili problemləri ilə məşğul olmaq niyyətindədir.

Amma Cənubi Qafqaz çox ciddi məsələdir. Bu bölgəyə daxil olan ölkələrin hamısı özünəməxsus şəkildə demokratiyadan uzaqlaşmaqdadır. Ölkə əvvəlki kimi «qara qızıl» tədarük etməkdədir, eləcə də onu xarakterizə edən neft və qaz amilləridir. Amma neft amili daha əvvəlki təsirini itirir.

ABŞ regionda təkcə enerji problemləri ilə yox, həm də geosiyasi maraqlar əsasında siyasət yürüdür. Beləcə, hələ ki ABŞ-ın siyasəti qaranlıq içindədir.

Amma bu əbədi olaraq davam edə bilməz. Nə vaxtsa bu düyün də açılacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG