Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:41

Avropa Şurası Konqresi Azərbaycanın qurumdan çıxarılmasına hazırdır


Yan Mikallef, Avropa Şurası Bələdiyyələr Konqresinin prezdienti
Yan Mikallef, Avropa Şurası Bələdiyyələr Konqresinin prezdienti
Avropa Şurası Yerli və Regional İdarəetmə Konqresi qərar verib ki Azərbaycanın qurumdan çıxarılması üçün prosedurlara başlasınlar.

Konqres hesab edir ki, 18 Mart Referendumunda Konstitusiyaya olunan bəzi düzəlişlər Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə zidddir.

Avropa Şurasının Yerli və Regional İdarəetmə Konqresinin prezidenti Yan Mikallef Azadlıq Radiosuna müsahibəsində belə deyib. Mikallefin sözlərinə görə, Konstitusiyaya edilən dəyişikliklərdə prezidentlik limitinin götürülməsi və dövlətin bələdiyyələrə nəzarət imkanlarını bərpa eləməsi Avropa Şurası qarşısında götürülən öhdəliklərə və dəyərlərə uyğun deyil.

Yan Mikallefin sözlərinə görə,
“Biz demokratiyadan və qanunun aliliyindən danışırıq. Biz inanırıq ki, əgər prezident seçilməyə heç bir limit olmasa, prezidentin diktatora çevrilməsi faktıyla qaşılaşa bilərik. Biz inanırıq hər bir ölkə, hər bir dövlət demokratiyanın əsas prinsiplərinə uyğun olaraq idarə olunmalıdır və və Azərbaycan da Avropa Şurasına üzv olarkən bu öhdəliyi götürüb. Biz də orda bu hüququ, bu dəyərləri qoruyacağımıza təminat vermişik”.

Avropa Şurası Yerli və Regional İdarəetmə Konqresinin Prezidenti vurğulayır ki, artıq qurum olaraq atacaqları addımları da müəyyənləşdiriblər.

Yan Mikallef:
“Biz artıq qərar vermişik ki, əgər Azərbaycan hökuməti öhdəliklərinə hörmət eləmirsə, Konress olaraq Azərbaycanın qurumdan xaric olunması üçün tələb olunan prosedurlara başlamağa hazırıq. Bu bizim son həddə verəcəyimiz qərar ola bilər. Amma təbii ki, bu prosesə o vaxt başlanır ki, hökumət götürdüyü öhdəliyə əməl eləmək niyyətində olmadığını açıq-aydın nümayiş etdirsin.”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Mikallefə cavab olaraq Bakıda referendumu müşahidə eləyən AŞPA deputatlarının fərqli fikirlərini əsas gətirir. Seyidovun sözlərinə görə, bu qədər fərq onu göstərir ki, Yan Mikallef özü ola bilsin heç referendumun mahiyyətini başa düşməyib də..

Səməd Seyidov:
“Mən hesab edirəm ki, o (Mikallef), referendumlabağlı yaxşı məlumatlandırılmayıb. Mənim bildiyim bəzi hallarda referendumla bağlı informasiyanın azlığı, obyektiv analizlərin olmaması, bəzən isə Azərbaycanın özündən etibarsız mənbələrin verdiyi məlumatlar anlaşılmazlıqlar yarada bilər. Hətta Avropa Şurası daxilində də, müxtəlif beynəlxalq təşkilatların daxilində də... Ona görə də düşünürəm ki, bu fikirlər də anlaşılmazlığın məhsuludur.”

Səməd Seyidov sonda əminliyini ifadə eləyir ki, Yan Mikallefə referendumla bağlı düzgün məlumatlar çatdırılandan sonra o da fikirini dəyişəcək. Çünki, əslində həm Mikallef, həm də onun təmsil elədiyi Avropa Yerli və Regional İdarəetmə Konqresi bu günə kimi Azərbaycanın dostu olublar. (Müsahibənin mətni ilə burada tanış olun)
XS
SM
MD
LG