Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:23

MSK sədri Venesiya Komissiyasının rəyini qərəzli hesab edir


Məzahir Pənahov referendum hazırlıqlarına təxminən 22 milyon manat pul xərcləndiyini bildirib
Məzahir Pənahov referendum hazırlıqlarına təxminən 22 milyon manat pul xərcləndiyini bildirib
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Venesiya Komissiyasının rəyini qərəzli hesab edir.

Avropa Şurası Venesiya Komissiyası Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma rəyini bildirib.

Rəydə deyilir ki «referenduma çıxarılan sualların çoxluğu seçicilər üçün çaşdırıcıdır. Prezident seçilməklə bağlı məhdudiyyətin aradan qaldırılması barədə müddəanın təqdimatı isə xüsusilə çaşqınlıq doğurur».

MSK sədri isə martın 17-də keçirdiyi mətbuat konfransında bu iddiaları qəbul etməyib.

Məzahir Pənahov referendum hazırlıqlarına təxminən 22 milyon manat pul xərcləndiyini bildirib. O, əlavə edib ki, səsverməni 169 beynəlxalq müşahidəçi, o cümlədən 20 nəfər xarici KİV təmsilçisi izləyəcək. Yerli müşahidəçilərin sayı isə 47 mindən çoxdur.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifət referendumu boykot edib.
XS
SM
MD
LG