Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:24

İpoteka üçün 65 milyon manat nəzərdə tutulub


Milli Bankın rəhbəri ipotekanın faiz dərəcələrinin aşağı salınmayacağını deyib
Milli Bankın rəhbəri ipotekanın faiz dərəcələrinin aşağı salınmayacağını deyib
Milli Bank 2009-cu ildə ipoteka kreditlərinin verilməsi üçün 65 milyon manat dəyərində qiymətli kağız buraxması nəzərdə tutur. Bunu Milli Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu addım mənzil bazarında və tikinti sektorunda yaşanan durğunluğun qarşısını almaq üçün nəzərdə tutulub.

E.Rüstəmov bildirib ki, indi hər satılan mənzilin orta ekspoziyasi müddəti təxminən 437 gündür. Milli Bankın rəhbəri ipotekanın faiz dərəcələrinin aşağı salınmayacağını, ipotekanın verilmə şərtlərinin isə bir qədər də sərtləşdiriləcəyini deyib.
XS
SM
MD
LG