Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:37

Yumurtanı 35 qəpiyə almaq istəmirsənsə...


2015-ci ildə Bakıda yumurtanın qiyməti
2015-ci ildə Bakıda yumurtanın qiyməti

Nazirlər Kabinetinin noyabrın 1-də (dərc olunandan 30 gün sonra) idxal olunan 41 çeşiddə ərzaq məhsulu və tikinti materiallarının idxal gömrük rüsumlarını artırmaq qərarı ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Bir çox ekspert bunun yeni inflyasiya dalğası doğuracağını düşünür. Onların fikrincə, bazarda mal çeşidinin azalması, psixologiya baxımından, yerli malları da bahalandıracaq. İqtisadçı Cəfər İbrahimovsa istehlak bazarında rəqabət mühitinin zəifləyəcəyindən narahatdır.

Yerli mallar üstün mövqeyə çıxıb?

Hökumət, əsasən, yerli istehsalın üstünlük qazandığı malların gömrük tariflərinə yenidən baxıb. Söhbət toyuq əti və yumurtadan, meyvə şirəsi və sementdən, sement və alçipandan, kafel və “metlax”dan – döşəmə tavasından gedir. Bəzi bu çeşid məhsullarda istehsalçıların inhisarçı mövqeyə çıxması da gözə çarpır.

Buna da bax:​ Xeyli qida məhsuluna gömrük rüsumları artırılıb

Devalvasiya sayəsində istehsalçı idxalçının «qolunu büküb»?

Bazarda yerli malların üstün mövqeyə çıxmasında devalvasiyanın bəlli imkanlar yaratdığını deyən C. İbrahimov istehsalçıların qısa müddətdə bundan yararlana bildiyini düşünür. Bunu piştaxtalarda da müşahidə etmək olar: xarici mallar indi daha bahadır, yerli mallarsa get-gedə özünə daha asan yer edir:

«Məsələ burasındadır ki, faktik olaraq, idxalı tam məhdudlaşdırmağa yönəldilən rüsumların tətbiri bazarda rəqabət mühitinə mənfi təsir göstərə bilər. Məsələn, hazırda ölkədə bir keramika məmulatı istehsalçısı var. İdxalın yüksək rüsumlarla məhdudlaşdırılması inhisarçılığı daha da dərinləşdirə bilər. Nəticədə, uduzan yenə istehlakçı olacaq».

Buna da bax:​ Yumurta niyə bahalaşıb?

35 qəpiyə yumurta?

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ötən ilin 6 ayında Azərbaycana 2 milyon 360 min dollar dəyərində 2 min 880 ton toyuq əti gətirilmişdisə, bu ilin eyni dövründə idxal 7 min 628 tona (5 milyon 900 min dollar) çatıb. Bu dövrdə yumurta idxalı kəskin artıb (1440 ədəddən 15 milyon 326 min ədədə çatıb). Bir aydan sonra bir ədəd yumurtaya 16 qəpik gömrük rüsumu (buraya 18 faizlik ƏDV daxil deyil) tətbiq edilsə, xaricdən gətirilən yumurtanın bazarda satış qiyməti, ən azı, 30-35 qəpik ola bilər.

Ekspertlər quş əti və yumurta idxalındakı artımın səbəbini yerli istehsalın azalması ilə deyil, idxal rejiminin şəffaflaşması ilə əsaslandırırlar.

Buna da bax:​ İdxal bahalandıqca, saxta mal istehsalı artır

Gözlər yerli istehsalçıya dikilib?

İdxal rüsumları həm də pomidor, soğan, xiyar, üzüm və fındığa, eləcə də alma, armud və xurmaya tətbiq olunacaq. Yerli istehsalçılar bazara yetərincə mal təklif etsələr, yeni rusumlar qüvvəyə minəndən sonra həmin malların ölkəyə gətirilməsi idxalçılara iqtisadi baxımdan sərfəli olmayacaq. Əks halda, ekspertlərin söylədikləri kimi, qıtlığın yaranması bahalaşmaya gətirib çıxaracaq.

XS
SM
MD
LG