Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Yaşayış minimumu iki dəfə çox olmalıdır


Ehtiyac zənbili.
Ehtiyac zənbili.

“Normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır”.

Hökumətin yaşayış minimumu məbləğini artırmaq barədə qərarını şərh edərkən iqtisadçı Natiq Cəfərli belə deyib.

İqtisadçı qeyd edib ki, ölkədə yaşayış minimumu hesablanma qaydaları sovet dövründən qalıb.

Buna da bax:​ Yaşayış minimumu 155 manat oldu

“İndikatorları dəyişmirlər, rəqəmlər iqtisadi deyil, siyasidir. Əgər normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır. O zaman isə ölkədə minimum pensiya, minimum əməkhaqqı da buna uyğun artırılmalıdır”, deyə o, bildirib.

2017-ci ildə yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhalidən ötrü 164,5 manat, pensiyaçılara 130,2 manat, uşaqlar üçün isə 136,6 manat məbləğində müəyyən edilib.

Buna da bax: Ekspert: 'Yaşayış minimumu 500 manata qaldırılmalıdır'

Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır.

Son artıma qədər, yəni başa çatmaqda olan ildə yaşayış minimumu əməkqabiliyyətli əhalidən ötrü 146, pensiyaçılara 115, uşaqlara isə 117 manat təşkil etmişdi.

XS
SM
MD
LG