Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Valyuta ehtiyatları 12 milyard azalıb 


►Neft Fondunun ehtiyatları 9.5 faiz azalıb

2015-ci ildə Dövlət Neft Fondunun (DNF) və Mərkəzi Bankın (MB) strateji valyuta ehtiyatları 38 milyard 590 milyon 800 min ABŞ dolları olub. Bu barədə DNF-nin 2015-ci ilin hesabatında qeyd edilib.

İl ərzində strateji valyuta ehtiyatları 12 milyard 271 milyon 600 min ABŞ dolları (24,1 faiz) azalıb.

“Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan MB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub. Ehtiyatların 87 faizi və ya 33,57 milyard ABŞ dolları DNF-nin vəsaitlərinin payına düşür”, - deyə hesabatda bildirilir.

Bu ilin əvvəlindən isə DNF-nin valyuta ehtiyatları artmağa başlayıb. Buna səbəb devalvasiya nəticəsində fondun büdcə qarşısında öhdəliklərini daha az valyuta ilə icra edə bilməsi göstərilir. Həmçinin, MB-nin də valyuta ehtiyatları aprel və may aylarında artıb. Buna səbəb isə baş bankın dollar almasıdır.

Ötən il DNF-nin valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5 faiz və ya 3,53 milyard azalıb. İlin sonuna 33 milyard 57 milyon ABŞ dolları olub.

Fonda indiyə kimi daxil olan 124.9 milyard dollardan yalnız 33.57 milyardı yığıma yönəldilib

Hesabatda qeyd edilir ki, 2015-ci ildə fondun gəlirləri azaldığına görə, ümumi yığım səviyyəsi də 9,5 aşağı düşüb: “2001-2015-ci illər ərzində DNF-nin daxilolmaları 124 milyard 900 milyon ABŞ dolları səviyyəsində olub. Bu vəsaitin 33,57 milyard ABŞ dolları (26,9 faizi) yığıma yönəldilib”.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib.Manat dollar qarşısında iki dəfə dəyər itirib.

Buna da bax: Dərnəgüldə sakinlər etiraz aksiyası keçirir

Dərnəgüldə sakinlər etiraz aksiyası keçirir
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

XS
SM
MD
LG