Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Ukraynalı zabit 'Şimal axını'nın partladılmasında vacib rol oynayıb – 'The Washington Post'


Şimal Axını
Şimal Axını

Ukraynanın kəşfiyyat xidmətləri ilə “dərin əlaqələri” olan zabit “Şimal axını” kəmərinə hücumda “mərkəzi rol oynayıb”.

Bu iddianı noyabrın 11-də ABŞ-ın Washington Post qəzeti yayıb.

Qəzet yazır ki, 48 yaşlı Xüsusi Təyinatlı Qüvvələr polkovniki Roman Çervinski, Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeriy Zalujniyə hesabat verən yüksək vəzifəli komandirlərdən və Ukrayna rəsmilərindən əmrlər alıb.

Washington Post yazır ki, Roman Çervinski vəkili vasitəsiylə Şimal Axınına edilən hücumda rol aldığına dair iddiaları inkar edib.


Ötən ilin sentyabrında Baltik dənizində inşa edilmiş boru kəmərində baş verən partlayışlar kütləvi sızmalara səbəb olmuşdu. Rusiyanın genişmiqyaslı işğalından yarım il sonra baş verən hadisə Avropanın enerji infrastrukturuna təhlükəli hücum kimi qiymətləndirilirdi.

Qərb rəsmiləri əvvəlcə Şimal Axını kəmərlərini məhv edən sabotaja görə Rusiyanı günahlandırmışdı. Rəsmi Moskva isə partlayışa görə ABŞ və müttəfiqlərini günahlandıraraq, Rusiya qazını Avropaya çatdırmaqda həyati əhəmiyyət kəsb edən enerji əlaqəsini partlatmaq üçün heç bir səbəbinin olmadığını açıqlamışdı.

Şimalı Axını qaz kəməri
Şimalı Axını qaz kəməri

“Şimal axını” kəmərinin mütləq çoxluğu Rusiyanın “Qazprom” şirkətinə məxsusdur. Bu xətt milyonlarla avropalını qazla təmin edir. Rusiya və Almaniya arasında dəniz yolu ilə inşa edilən qaz kəmərləri Ukrayna və Polşa kimi ölkələrdən yan keçərək Rusiya qazının Avropa ölkələrinə çatdırılmasında böyük rol oynayırdı.

ABŞ həmin boru kəmərlərinin Almaniya və digər Avropa ölkələri üçün təhlükəsizlik riski yaratdığını və bu ölkələri Rusiyanın enerji ixracına asılı hala saldığını vurğulayıb.

XS
SM
MD
LG