Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

'Motor Sich'in prezidenti Rusiyayla əməkdaşlıqda şübhəli bilinərək saxlandı


Motor Sich şirkətinin rəhbəri Vyacheslav Bohuslaev
Motor Sich şirkətinin rəhbəri Vyacheslav Bohuslaev

83 yaşlı Vyaçeslav Boquslaev  Ukraynanın ictimai-siyasi xadimi, Ukrayna Qəhrəmanı və Ukraynanın xalq deputatıdır.

Ukraynanın Təhlükəsizlik Xidməti “Motor Sich” müəssisəsinin keçmiş direktoru və fəxri prezidenti Vyaçeslav Boquslayevi Rusiya ilə iş birliyində şübhəli bilərək saxlayıb.

Azadlıq Radiosunun "Nastoyaşie Vremya" TV layihəsinin yazdığına görə, Boquslaevlə birlikdə “Motor Sich”in xarici iqtisadi fəaliyyət şöbəsinin müdiri də saxlanılıb.

Onlar təcavüzkar dövlətlə əlbirlikdə ittiham olunurlar.

Təhlükəsizlik xidmətinin məlumatına görə, Boquslayev və onun həmkarı, “Motor Sich” şirkətinin qanunsuz olaraq Rusiya helikopterləri üçün hərbi avadanlıqlar satmasıyla əlaqədar saxlanıblar. İstintaqın qənaətinə görə, Zaporojyedə yerləşən bu zavodun rəhbərliyi Rusiyanın “Rostex” korporasiyasının nümayəndələri ilə əlbir olaraq qanunsuz təchizatla məşğul ola bilərlər.

Məlumatda bildirilir ki, “Motor Sich”dən alınan avadanlıqlardan Mi-8, Sapsan, KA-52 Alligator və Mi-28N helikopterlərinin təmirində istifadə edilib.

Boquslaevin Zaporojyedən Kiyevə aparıldığı bildirilir.

“Motor Sich”in rəsmi nümayəndələri onun saxlanması ilə bağlı, hələlik, şərh verməyiblər.

83 yaşlı Vyaçeslav Boquslaev Ukraynanın ictimai-siyasi xadimi, Ukrayna Qəhrəmanı və Ukraynanın xalq deputatıdır.

O, “Motor Sich” şirkətinə 1994-cü ildən rəhbərlik edir və Ukraynanın ən zəngin 25 adamı sırasındadır.

Bihus.İnfo-nun i 2019-cu ildə apardığı araşdırmalarda bildirilirdi ki, Rusiyaya hərbi texnikanın ixracına qadağa qoyulmasına baxmayaraq, “Motor Sich” Rusiya ordusuna mühərrik hissələri göndərməkdə davam edir.

Rusiyanın “Rostex” şirkəti isə “Motor Sich” in istehsalı olan mühərriklərdən istifadə etmədiyini bildirib.

Şirkət qeyd edib ki, 2014-cü ilə qədər Rusiya helikopterlərinə Ukrayna istehsalı olan mühərriklər quraşdırılıb, bu, hamıya bəllidir, amma artıq çoxdandır ki, bu helikopterlər yerli avadanlıqlarla təhciz olunur.

XS
SM
MD
LG