Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:18

ABŞ Kiyevə raket zərbələri üçün kəşfiyyat məlumatı verəcək


ABŞ-ın M142 HIMARS raket sistemi (Arxiv fotosu)
ABŞ-ın M142 HIMARS raket sistemi (Arxiv fotosu)

Pentaqonun verdiyi məlumata görə hazırda Ukrayna hərbçiləri HIMARS və MLRS zenit raket qurğularını işlədə bilmək üçün təlim proqramını başa çatdırmaqdadırlar

ABŞ Ukraynaya MLRS və ya reaktiv yaylım atəşi sistemi ilə raket zərbələrin endirilməsi üçün kəşfiyyat məlumatlarını ötürəcəck.

Bu barədə məlumatı iyunun 14-də Birləşmiş Ştatların Müdafiə Nazirliyi verib.

Pentaqonun verdiyi məlumata görə hazırda Ukrayna hərbçiləri HIMARS və MLRS zenit raket qurğularını işlədə bilmək üçün təlim proqramını başa çatdırmaqdadırlar.

ABŞ etiraf edir ki, hələki Moskva Kiyevlə müqayisədə daha çox artilleriya və raketlərə malikdir.

Beləliklə Vaşinqton Kiyevi sözü gedən raketlərlə Rusiya hədəflərinin vurulması üçün zəruri olan məlumatla təmin edəcək.

Nəzəri olaraq HIMARS və MLRS raketləri Rusiya ərazisindəki hədəfləri vura bilər.

Bununla belə ABŞ-la əldə olunmuş razılaşmaya görə Ukrayna Rusiyanın ərazisindəki mülki hədəfləri vurmayacağına zəmanət verib.

ABŞ bildirib ki, Kiyevə veriləcək HIMARS sistemi raketlərinin vuruş məsafəsi 80 kilometrdən çox olmayacaq.

“Putin məqsədlərinə çatmayacaq”

“Amerikanın səsi” yazır ki, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal bu barədə deyib:

“Putinin məqsədi Ukraynanın bütün ərazisi olmasa da, əhəmiyyətli ərazisinin qəsb edilməsi olaraq qalır. Amma mən inanmıram ki, o bu məqsədlərinə nail olacaq”.

Kal etiraf edib ki, Rusiya qüvvələri Ukraynanın cənubunda irəliləyə bilib, amma bu irəliləyiş Ukrayna müdafiəsinin dərin yarılması sayıla bilməz.

Nazir müavinin sözlərinə görə Rusiya qüvvələri “orda və ya burda” taktiki uğurlar qazana bilər, amma ukraynalılar onları dəf edə biləcəklər:

“Mən düşünmürəm ki, ruslar öz nəhəng məqsədlərinə çatacaqlar”.

Pentaqon rəhbərinin müavini xatırladıb ki, hazırda hər iki tərəf ağır itkilərə məruz qalır:

“Ukraynalılar böyük itkilər verirlər, ruslar da böyük itkilər verirlər, amma cəbhə xətti dəyişmir”.

Kalın sözlərinə görə Pentaqon Rusiyanın artilleriya sarıdan kəmiyyət üstünlüyünə malik olmasına dair Kiyevin narahatlığını bölüşür:

“Bu doğrudur ki, rusların artılleriya imkanları əhəmiyyətli dərəcədə üstündür”.

Nazir müavini deyib ki, Ukrayna uzun müddət sovet istehsalı artilleriya sistemlərindən asılı olub.

Onun sözlərinə məhz buna görə də Ukraynaya NATO ölkələrinin cəbbəxanasında olan artilleriya sistemlərinin verilməsi barədə qərar qəbul olunub.

Stoltenberq: Türkiyənin İsveç və Finlandiya ilə bağlı tələblərinə ciddi yanaşmaq lazımdır
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

ABŞ-ın yeni milli müdafiə strategiyası

Kolin Kal deyib ki, hazırda Ukrayna hərbçiləri HIMARS raket sistemi üzrə təlimi başa vurmaqdadırlar və bu sistemlər tezliklə Ukraynada döyüşə daxil olacaq.

Cənab Kal xatırladıb ki, yaxın həftələrdə ABŞ-ın milli müdafiə strategiyasının məxfi olmayan versiyası açıqlanacaq.

Onun sözlərinə görə Rusiya bu sənəddə “kəskin təhlükə” ifadəsi ilə səciyyələndirilir.

Kal izah edib ki, “kəskin” sözü təhlükənin “müvəqqəti”, amma “təcili və sərt” olduğunu əks etdirir.

ABŞ üçün hansı ölkənin – Rusiya, yoxsa Çinin ən çox təhlükə təşkil etdiyi barədə suala cavab verərkən nazir müavini deyib:

“Çin Birləşmiş Ştatlara sistematik meydan oxumağa niyyəti və qabiliyyəti olan yeganə ölkədir. Həm də bu, təkcə indilik yox, yaxın gələcəkdə də belə olacaq”.

XS
SM
MD
LG