Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:43

Ukrayna Rusiyanın Kursk vilayətini hədəfə alır 


Arxiv fotosu
Arxiv fotosu

Rusiyanın Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov deyir ki, iyulun 30-da vilayət üzərində Ukraynanın dörd raketi vurulub. Onun sözlərinə görə, raketlər vilayətin Oktyabrski və Kurçatovski rayonları üzərində vurulub.

Sakinlərin sosial mediada yazdığına görə, Kursk şəhəri üzərində də partlayış eşidilib. Partlayışlar nəticəsində bəzi yaşayış binalarının parklanma yerlərində avtomobillərin siqnalizasiyası işə düşüb.

Vurulan raket qalıqlarının şəhərdə həyətlərə düşdüyü xəbər verilir. Ancaq itkilər, dəyən ziyan barədə məlumat yoxdur.

Belqorod və Kurs vilayətlərində raket təhlükəsi elan edilib.

Rusiyanın Müdafiə Nazirliyi, hələlik, Kurskda raketlərin vurulması barədə xəbərləri şərh etməyib. Daha öncə nazirlik iyulun 29-su gecəsi vilayətdə Ukrayna dronlarının vurulduğunu bildirmişdi.

Bu arada Rusiya qüvvələri Ukraynanın cənubi Xerson vilayətində Çornobayevkanı atəşə tutub, bir nəfər yaralanıb.

XS
SM
MD
LG