Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:41

Bayden əmindir ki, Putin artıq hücum qərarını qəbul edib


Ukrayna separatçıları əhalini köçürür- Yeni xəbərlər
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Ukrayna separatçıları əhalini köçürür- Yeni xəbərlər

Bu arada separatçıların rüsvayçı videomüraciət saxtakarlığı ifşa olunub. Onlar fevralın 18-də yayılan videonu iki gün əvvəl çəkibmişlər

ABŞ prezidenti Co Bayden Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı jurnalistlərin qarşısında çıxış edib:

"Bizim ehtimal etməyə əsasımız var ki, Rusiya gələn həftə, yaxın günlərdə Ukraynaya müdaxilə etməyi planlaşdırır. Biz hesab edirik ki, hədəflərdən biri də əhalisi 2.8 milyon olan Kiyev ola bilər”.

Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən ABŞ prezidenti deyib ki, onda olan məlumata görə Vladimir Putin Ukraynaya hücum qərarını artıq qəbul edib.

Prezident bildirib ki, belə düşünmək üçün “ciddi əsaslar var”.

Bayden deyib ki, müdaxilə baş vermədikcə, “diplomatik tədbirlər nəzərdən keçiriləcək”.

Prezident malik olduğu məlumatın mənbəyini açmayıb, sadəcə olaraq deyib ki, ABŞ-ın “ciddi kəşfiyyatı” var.

O əlavə edib ki, dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla gələn həftəyə təyin edilmiş görüşü də müdaxilə olmasa baş tutacaq.

Onun sözlərinə görə hücum olsa, “diplomatiya qapıları çırpılacaq”.

Separatçılar ‘təcili evakuasiya’ videosunu iki gün əvvəl çəkiblər

Ukraynanın şərqindəki qondarma DXR-in (Donetsk Xalq Respublikası) separatçı hakimiyyətinin başçısı Denis Puşilinin bölgədən qadınların, uşaqların və qocaların təcili evakuasiyası barədə müraciəti fevralın 18-də yayılıb.

Onun sözlərinə görə separatçıların nəzarətində olan ərazidən 700 min nəfər, yəni bütün əhalinin üçdə biri çıxarılmalıdır.

Fevralın 18-də evakuasiya barədə digər qondarma separatçı bölgənin – LXR-in (Luqanks Xalq Respublikası) başçısı Leonid Paseçnik də videomüraciət edib.

Amma bu videomüraciətlərin yayılmasından bir neçə saat sonra ekspertlərin təhlili göstərib ki, hər iki müraciət iki gün əvvəl fevralın 16-da yazılıb.

Qərb kəşfiyyatları Rusiyanın Ukraynaya məhz həmin gün hücum edəcəyini bildirmişdilər.

Putin ‘Donbas qaçqınlarının’ Rusiyada yerləşdirilməsinə göstəriş verib

Rusiya prezidenti Vladimir Putin fevralın 18-də deyib ki, o şərqi Ukraynada özünü müstəqil elan etmiş iki ərazidən evakuasiya edilən əhalinin qəbul olunması, yerləşdirilməsi və ərzaqla təchiz edilməsi üçün hökumətə tapşırıq verib.

Kremlin bəyanatında deyilir ki, prezident “Donbas qaçqınlarının” problemləri ilə məşğul olmağı Fövqəladə Hallar Nazirliyinə həvalə edib.

Reuters agentliyi yazır ki, Putin Donbasdan təxliyə olunan hər bir adama 10 min rubl (129 dollar) ayrılması üçün göstəriş verib.

Qərb deyir ki, Rusiya müdaxilə üçün separatçı ərazidən istifadə edə bilər

Yüksək vəzifəli Qərb rəsmilərindən biri deyib ki, Kremlin Ukraynaya müdaxiləni “qeyri-standart” şəkildə həyata keçirməsi Qərbdən Moskva üzərinə ən ağır sanksiyaların qoyulmasına dair təcili qərarın qəbul edilməsini tələb edə bilər.

Reuters yazır ki, Qərb Ukraynanın şərqindəki separatçıların qadın və uşaqların evakuasiyasını elan etməsini bu münaqişədə kəskin dönüş anı kimi qiymətləndirir.

Qərb bu qənaətdədir ki, Moskva Ukraynaya hücuma separatçı bölgələrdən başlaya bilər.

Ehtimal olunur ki, Rusiya bunu Ukraynanın separatçılar üzərinə hücumu ilə əsaslandıracaq.

Donbasdan qadın və uşaqlar Rusiyaya evakuasiya olunur. Nə gözlənilir?

Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma “Donetsk Xalq Respublikası - DXR” bu ərazidəki qadınların, uşaqların və ahılların Rusiyaya ərazisinə təxliyəsinə başlandığını elan edib.

Bu barədə məlumatı qondarma qurumun başmısı Denis Puşilin verib:

“Bugün, fevralın 18-dən əhalinin Rusiya Federasiyasına kütləvi mərkəzləşdirilmiş çıxışına başlanır. Qadınlar, uşaqlar və ahıllar ilk növbədə evakuasiya olunur”.

Puşilin bildirib ki, Rusiyanın Rostov vilayətinin rəhbərliyi ilə adamların qəbulu və yerləşdirilməsinə dair razıalşma əldfə olunub.

O deyib ki, təxliyə edilənlər bütün lazımi ərzaq və başqa vasitələrlə təmin olunacaqlar.

Puşilin iddia edib ki, guya Ukrayna prezidenti Volodimir Zelenski ən yaxın vaxtda Ukrayna ordusuna “DXR” və “LXR” (Luqansk Xalq Respublikası-red) üzərinə hücum əmri verəcək.

O iddia edib ki, Ukrayna hərbi birləşmələri döyüş hazırlığı vəziyyətinə gətirilib və Donbasın hərbi yolla ələ keçirilməsinə başlanacaq.

Puşilinin sözlərinə görə, “Donetsk Xalq Respublikasının silahlı qüvvələri” əhali və infrastrukturu müdafiə etmək iqtidarındadır.

AzadlıqRadiosu xəbər verir ki, Luqansk separatçılarının başçısı Leonid Paseçnik də nəzarətində olan ərazidən evakuasiya elan edib.

Ukraynadakı separatçı rejim əhalini Rusiyaya köçürürdüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Rusiyada Putinin rəhbərliyi ilə nüvə təlimləri keçiriləcək

Atəşkəs pozuntularının artması Moskvanın bundan qonşusuna təcavüz üçün bəhanə kimi istifadə edəcəyi ilə bağlı xəbərdarlıqları gücləndirib.

ATƏT-in monitorinq missiyası adətən günə onlarla kiçik atəşkəs pozuntusu qeydə alır. Missiyanın fevralın 18-də bildirdiyinə görə, son 24 saatda 600-dək pozuntu baş verib. Onlardan 300-dən çoxu partlayışlardır.

“Rusiya qüvvələrini qarnizona çəkdiyini elan etsə də, biz hələ bunu görməmişik”, – ABŞ-ın Müdafiə naziri Lloyd Ostin fevralın 18-də Varşavada jurnalistlərə deyib.

“Faktiki olaraq, regiona, sərhəd regionuna daha çox qüvvənin yerləşdirildiyini görürük”, – nazir deyib.

“Cənab Putin öz cinahında NATO-nun güclənməsini istəmirdi, bu gün isə bu baş verir”, – Ostin Polşada mətbuat konfransında söyləyib.

Adı çəkilməyən diplomatik mənbə “Reuters” agentliyinə deyib ki, 2015-ci ildən bəri bugünkü kimi böyük atışma olmayıb. Ukraynanın şərqində münaqişə 2014-cü ildə başlayıb.

***

Rusiyanın Müdafiə Nazirliyi fevralın 19-da yeni strateji hərbi manevrlər keçirəcəyini elan edib. Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin təlimləri izləyəcək.

Nazirliyin fevralın 18-də yaydığı bəyanatda deyilir ki, təlimlərdə ballistik və qanadlı raketlər buraxılacaq.

Cənub Hərbi Dairəsindən Rusiya aerokosmik qüvvələrinin əsgər və avadanlığı, eləcə də Şimal və Qara Dəniz Donanmalarından raket bölmələri təlimlərdə iştirak edəcək.

***

Ukrayna fevralın 18-də bəyan edib ki, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən atəşkəs pozuntularında qəfil artım qeydə alıb.

Ordunun hesabatına görə, son 24 saat ərzində atəşkəs 60 dəfə pozulub, bir əsgər yaralanıb. Separatçıların ağır artilleriya, minaatanlar və tankdan istifadə edərək 10-dan çox yaşayış məntəqəsini atəşə tutduğu bildirilir.

“Böyük provokasiya”

Prezident Volodimir Zelenski cəbhə xəttində hökumət qüvvələri ilə separatçılar arasında atışmada kəskin artımı “böyük provokasiya” adlandırıb.

Fevralın 18-də bir bağçanın atəşə tutulduğu, iki dinc sakinin yaralandığı bildirilir.

2014-cü ilin aprelindən Ukraynanın şərqində separatçılarla müharibədə azı 13 min 200 nəfər öldürülüb.

ABŞ-ın Dövlət katibi Entoni Blinken fevralın 17-də BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, Rusiya “müharibə cığırı ilə addımlayır” və Ukrayna ilə sərhəd yaxınlığına qoşun yığmanın səbəb olduğu böhranın yeganə məsuliyyətli yolu diplomatiyadır.

Rusiya qüvvələrin geri çəkildiyini bildirir

Rusiya isə sərhədə 100 mindən çox əsgər yığmasına baxmayaraq, qonşusuna qarşı işğal planı olmadığını deyir.

Müdafiə Nazirliyi fevralın 18-də bildirib ki, sərhəd yaxınlığından tank və digər zirehli texnikanın geri çəkməsi davam edir. Rusiya qüvvələrin hərbi təlimə görə cəmləşdirildiyini deyir.

Moskvanın ilhaq etdiyi Krımdan 10 hərbi təyyarənin çıxarıldığı qeyd edilir.

NATO və bir sıra Qərb ölkələri isə bu məlumatları “saxta” hesab edir, Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi gücünü artırdığını bildirir.

Rusiya ABŞ və NATO-dan təhlükəsizlik qarantiyaları tələb edir. Buraya Ukraynanın qərb alyansına üzvlüyünə qadağa, NATO-nun Mərkəzi və Şərqi Avropaya doğru irəliləməsinin dayandırılması da daxildir.

Lukaşenka Putinlə görüşəcək

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka fevralın 18-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib. İki ölkə hazırda birgə təlim keçir. Lukaşenka birgə hərbi qüvvələrlə bağlı “gələcək fəaliyyət”in müzakirə ediləcəyini deyib.

Fevralın 17-də birgə təlimlərin keçirildiyi Asipovitski hərbi sınaq meydançasına səfər edən Lukaşenka Rusiya qüvvələrinin manevrlərdən sonra ölkəni tərk etməyə başlayacağı haqda bir söz deməyib. Ancaq qeyd edib ki, “Belarusda Rusiya hərbi bazaları yaratmağa ehtiyac yoxdur”.

“Qərarlar sabah veriləcək”, – Lukaşenka Putinlə görüşünü nəzərdə tutaraq deyib.

Ukraynada nə baş verir? ABŞ təhlükənin sovuşmadığını deyir
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov fevralın 17-də təlimlərin planlaşdırıldığı kimi, fevralın 20-də başa çatacağını deyib. Amma o da Rusiya qüvvələrinin bundan dərhal sonra Belarusu tərk edəcəyini söyləməyib.

NATO-nun şərq cinahı və Ukrayna ilə həmsərhəd Belarusda 30 min Rusiya əsgərinin iştirakıyla təlim keçirilir. Qərb Kremlin əsl niyyətindən narahatdır.

Belarusun Xarici işlər naziri Uladzimer Makey fevralın 16-da deyirdi ki, Rusiya qüvvələri təlimlər bitən kimi Belarusu tərk edəcək.

Lukaşenka isə deyib ki, Rusiya qüvvələrinin “nə zaman, hansı şərtlərlə, hansı qrafiklə” çıxacağını Putinlə müzakirə edəcək.

XS
SM
MD
LG