Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:21

Vuhanda vəhşi heyvanların ovu və yeyilməsi yenə də qadağan olunur


Uhan bazarında
Uhan bazarında

Çində yeni tipli koronavirus epidemiyasının episentri sayılan Vuhan şəhərində vəhşi heyvanların ovlanması və yeyilməsi qadağan edilib.

Çin hökuməti bildirir ki, bu addımdan məqsəd mümkün gələcək epidemiyaların qarşısını almaqdır.

CBS saytı yazır ki, 11 milyon əhalisi olan şəhərin yerli administrasiyası Vuhanı “canlı təbiətin qoruğu” elan edib.

Qərarda bildirilir ki, “burada vəhşi heyvənların ovlanmasına yalnız xüsusi hallarda hökumət lisenziyaları ilə və infeksion xəstəliklərin elmi tədqiqatı məqsədi ilə icazə verilə bilər”.

Vəhşi heyvan fermaları

Şəhər hakimiyyət orqanları bunu da bildirib ki, Vuhanda habelə vəhşi heyvanların yetişdirilməsi ilə məşğul olan təsərrüfatlara sərt məhdudiyyətlər qoyulacaq.

Vəhşi heyvanları artıran fermaların məhsullarından istehlak məqsədilə istifadə qadağan olunur.

Hakimiyyət bildirir ki, ekzotik heyvan fermalarının əhalidən satın alınması planlaşdırılır.

Aprel ayında Çin hökuməti ölkə boyunca vəhşi heyvanların yetişdirilməsini, ticarətini və istehlakını qadağan edib.

Ötən həftə Hunan vilayətinin rəhbərliyi malqara fermalarını ev heyvanlarını satmağa sövq etmək məqsədilə yeni kompensasiya planı tətbiq ediləcəyini bildirib. Eyni planı Szyansi vilayətində də həyata keçirmək nəzərdə tutulub.

Hunan və Szyansi vilayətləri koronavirusun ilk yayıldığı Hubey vilayəti ilə qonşudur.

Qadağan bundan əvvəl də olub

Heyvan haqları qrupu “Humane Society International” (HSI) bildirib ki, Hunan və Szyansi vəhşi heyvanların fermalarda ən çox yetişdirildiyi vilayətlərdir.

Təşkilat xatırladır ki, Çində vəhşi heyvanların ticarəti ilk dəfə SARS virusu yayılanda da qadağan edilmişdi, lakin bu qadağanlara məhl qoyulmadı.

HSI təşkilatının Çin üzrə eksperti Peter Li CBS telekanalına deyib ki, bu dəfə Çin hökumətinin öz niyyətində daha qətiyyətli olduğu hiss edilir:

"Son 20 ildə bir çoxları Çin hökumətini bəzi vəhşi heyvanları, məsələn ayıları yetişdirən təsərrüfatları satın almağa çağırırdılar. Əslində bu, ilk dəfədir ki, Çin bu addımı atmaq qərarına gəlib…”

XS
SM
MD
LG