Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:24

Uşaq evində mənimsəmədən danışan yeniyetmə psixiatriya xəstəxanasına yerləşdirilib


Uşaq evi, Bosniya, arxiv foto
Uşaq evi, Bosniya, arxiv foto

Uşaq evində qanunsuzluqlar, uşaqlar üçün ayrılmış qidanın mənimsənildiyini iddia edən yeniyetmə psixiatriya xəstəxanasına yerləşdirilib. Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Sosial şəbəkələrdə yayılan videosunda yeniyetmə iddia edir ki, 3 saylı uşaq evində uşaqlara ayrılan yeməklər, meyvələr mənimsənilir, bunun əvəzində uşaqlara keyfiyyətsiz yeməklər və çürük meyvələr verilir.

Dövlət Komitəsinin Facebook səhifəsində açıqladığı məlumatda qeyd olunur ki, 1 nömrəli Psixiatriya xəstəxanasının rəhbərliyi, eləcə də videodakı yeniyetmə M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb.

Məlumatda həmçinin yeniyetmənin vaxtilə həmin müəssisənin məzunu olmuş qardaşı ilə danışıqlar aparıldığı bildirilir.

"...3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır", -Dövlət Komitəsinin məlumatında deyilir.

Komitə bildirir ki, klinikaya yatırılması haqqında qərar yeniyetmənin iki qohumunun onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin kənar mütəxəssisin yoxlanılmasından sonra verilib.

Məlumatda o da vurğulanır ki, "müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət etdiyini bildirib."

Komitə "vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparıldığını" bildirir.

Sosial şəbəkələrdə yayılan video...

Bir neçə gündür sosial şəbəkələrdə 3 saylı uşaq evindəki qanunsuzluqlar, uşaqların payının oğurlanması və s. iddialarla video paylaşan yeniyetmənin psixatriya xəstəxanasına yerləşdirldiyi bildirilir.

Videoda yeniyetmə əlaqədar dövlət qurumlara müraciət edərək "uşaq evinə sahib çıxılsın" ı istəyir.

Hələ ki, bu məsələyə 3 saylı uşaq evinin münasibətini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG