Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:25

Türkiyə parlamenti Azərbaycana sülhməramlıların göndərilməsinə razılıq verdi


Recep Tayyip Erdoğan Türkiyə parlamentində (Arxiv fotosu)
Recep Tayyip Erdoğan Türkiyə parlamentində (Arxiv fotosu)

Türkiyə parlamenti prezident Recep Tayyip Erdoğanın hökumətinə Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəs rejiminin monitorinqi məqsədilə Azərbaycanda sülhməramlıların yerlərşdirilməsinə icazə verib.

Associated Press bildirir ki, millət vəkilləri noyabrın 17-də birillik mandatla qoşun göndərilməsi barədə hökumət qərarını qəbul ediblər.

Bu hərbçilərin atəşkəsə Türkiyə-Rusiya birgə monitorinq mərkəzindən nəzarət edəcəkləri bildirilir.

Xəbərdə deyilir ki, Azərbaycana göndəriləcək hərbçi sayını hökumət müəyyən edəcək və bu barədə hələki açıqlama verilməyib.

Texniki detallar üzərində iş davam edir

Parlamentin qəbul etdiyi sənəddə qeyd olunur ki, Türkiyə sülhməramlılarının sırasında mülki şəxslər də ola bilər.

Ötən həftə Rusiya və Türkiyənin müdafiə nazirləri arasında Azərbaycanda birgə monitorinq mərkəzinin yaradılmasına dair memorandum imzalanıb.

Lakin bu da xatırladılır ki, bu missiyanın texniki detalları üzərində müzakirələr hələ davam edir.

Azərbaycan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin danışıqlarında və çözümündə daha fəal iştirakına çalışır.

Rusiya rəsmiləri bildiriblər ki, Ankaranın bu prosesdə iştirakı məhdud olacaq və Dağlıq Qarabağ ərazisinə Türkiyə hərbçiləri göndərilməyəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, sözügedən mərkəz atəşkəsə kənardan, dronlar və başqa vasitələrdən istifadə ilə nəzarət edəcək.

XS
SM
MD
LG